Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhəridir. Burda tərkibində 24000 tələbə və 2800 dən çox müəllimi (99-u elmlər doktoru, 44-ü elmlər namizədi, 584-ü isə baş mühazirəçidir.) olan dörd dövlət və iki özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Yuxarıda qeyd edilənlərdən ilk öncə ölkəmizin ən qədim təhsil ocaqlarından biri olan [[Azərbaycan Dövlət Aqrar Universiteti]nı (ADAU) qeyd etmək olar. Akademiya 45 şöbə, 8 fakültə və 24 müxtəlif ixtisas üzrə fəaliyyət göstərir. ADAU şəhərlərdə və ümumiyyətlə ölkə daxilindəki fəaliyyət göstərən digər ali məktəblər üçün yararlı kadrlar hazırlamış və hal hazırda da hazırlamaqda davam edir. Bugün burda 500 nəfərdən yuxar müəllim (onlardan 28-i elmlər doktoru, 300-ü elmlər namizədi, 229-u isə dosent- baş müəllimdir. Gəncə Dövlət Universiteti (son zamanlara qədər Pedaqoji İnstitut) 26 fakültədə 22 ixtisas üzrə fəaliyyət göstərir. Gəncə şəhərində fəaliyyət göstərən digər ali təhsil müəssisələri isə Azərbaycan Dövlət Texnologiya Universiteti (29 fakültə, 24 ixtisas) və Azərbaycan müəllimlər İnstitunun Gəncə filialından ibarətdir. Şəhərin iki özəl tədris müəssisəsi olan Nizami Gəncəvi adına Gəncə Universiteti və Azərbaycan Aqroekologiya İnstitutu Gəncə şəhərindəki ilk özəl müəssisələrindən biridir.
Şəhərdəki orta təhsil müəssisələri Gəncə Dövlət Humanitar Kolleci, Texniki kollec, Kənd təsərrüfatı texnikumu, H.Hüseynli adına Musiqi texnikumu və 1931 ci ildə qurulmuş Q.Qurbanov adına Tibb məktəbindən ibarətdir. 40 ali məktəb və 3 internat məktəblərində 4360-dan cox müəllim 44610 məktəb şagirdin tədrisi ilə məşğul olur.
Əsrlər boyu mədrəsə və dini məktəblərdə təhsil programlarının olmamasına baxmayaraq şagirdlər klassik şərq ədəbiyyatı ilə tanış olmuşlar. Əslində Gəncədə tanınmış şair və müəllim olan Mirzə Şəfi Vazeh məktəb üçün hazırlanan dərsliyin ilk müəllifi olmuşdur. Cümə məscidinin yanında, mədrəsədə 100 dən çox tələbə tədris alırdı. 1833-cü ildə Gəncədə rayon məktəbləri açıldı. 1833-cü ildə tələbə sayısının 38 olduğunu nəzərə alırsaq bu tərkib 1850-ci illərdə 100-ü keçmişdi. XIX əsrin birinci yarısında Gəncədə xüsusi məktəblər fəaliyyət göstərməyə başladı və 1860-cı ildə artıq 198 nəfər burda təhsil almışdı. 60-cı illərin ortalarında Gəncədə artıq 981 insan təhsil almışdı.
Gəncə həmçinin elmin inkişafında da əvəzedilməz rol oynamışdır. Şərq təhsilini Rusiyada yaradıcılarından biri Gəncədə yaşayıb yaratmış və ilk təhsilini mədrəsədə almış M.D.Topçubaşovdur. 1877-ci ildə İran səfirliyinin tərkibində Sankt-Peterburqa getmiş, daha sonralar Peterburg Universitetinin professoru kimi Rus Arxeoloji Cəmiyyətinin Numizmatika şöbəsinin yardıcılarından biri olmuş və ömrünün axırına qədər bu şöbənin şərq bölməsinə başçılıq etmişdir. Gəncədə yaşayıb yaratmış şairlər arasında Mirzə Mehdi Nəci, Molla Abdulla, Hacı Abbas, Xaki və digərlərini qeyd etmək olar. Mirzə Şəfi Vazeh Azərbaycanda maarifçiliyin inkişafında mühüm rol oynamış incəsənət nümayəndələrindən biridir.
Gəncədə bir neçə kitabxana fəaliyyət göstərirdi. Onların tərkibi əsasən dərsliklərdən ibarət idi. Kapitalizmin inkişafı Gəncə şəhərinin mədəniyyətinin inkişafına müsbət təsir göstərdi. Bu özünü təhsilin inkişafında da göstərirdi. Bu dövrlərdə Gəncədə müxtəlif məktəblər (bura məscidlərin nəzdində fəaliyyət göstərən dini məktəblər-mədrəsələr də daxildir) fəaliyyət göstərirdi. 1883-cü ildə Gəncədə "Müqəddəs Nina adına Xeyriyyə cəmiyyəti"nin nəzdində ilk qadın orta məktəbi fəaliyyət göstərməyə başladı. 1924-cü ildə isə şəhərdə pedaqoji seminariya açıldı. Seminariyanın ilk ilində bura 18 nəfər (onları əksəriyyəti varlı ailələrdən idi) qəbul edildi.
1920-ci ildə Gəncədə 14 başlanğıc və 4 ali məktəb fəaliyyət göstərirdi. 1923-cü il yanvarın birinə olan məlumata əsasən 2.794 məktəbli Gəncənin ibtidai məktəblərində təhsil alırdı. 1928-1929-cu illərdə Gəncə ibtidai təhsil sistemi burda mövcud uşaqların 95 %-ini əhatə edirdi. 1936-cı ildə bu proses Gəncəylə sərhədlənməyib, bütün Azərbaycanı əhatə etdi. 1939-cu ilinə məlumata göre Gəncədə 16 ali təhsil məktəbi fəaliyyət göstərirdi.
1931-ci ildə hidromeliorasiya institutu, Bakıdakı 2 kənd təsərrüfatı məktəbi Gəncəyə köçürülmüş və 1933 cü ildə onlar birləşdirilərək 6 fakultəli Kənd təsərrüfatı institutu yaradılmışdır. Bundan başqa yaxın illərdə Gəncədə həmçinin ikiillik pedaqoji institut, Gəncə musiqi texnikumu, Krupskaya adına Gəncə tibb texnikumu və mütəxəssis hazırlama texnikumu şəhərdə fəaliyyət göstərmişdir. İllər keçdikcə Gəncədəki mədəniyyət mərkəzlərinin sayı artır. 1940 cı ilə olan məlumatlara görə burda 9 kitabxana, 13 klub, 7 oxu zalı mövcud idi. Milli təhsilin inkişafında əlbətdə ki, mühüm yerlərdən birini 1920 ci ildə Gəncə şəhərində yaradılmış Nəşriyyat evi tutur.
"Qırmızı Gəncə", "Yeni Gəncə", "Qızıl Gəncə", "Zərbə", "Gəncə bolşevik" qəzetləriylə yanaşı burda həm də bir sıra jurnallar çap edilirdi.
Tarix: 08.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Azərbaycan paytaxtları