Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ekbatan

Ekbatan (qədim türkcə:Aqbatan,yunanca: Ἀγβάτανα , latınca: Ecbatana, ibranicə: אַחְמְתָא, Nabonidin xronikası və Bisütun yazılarında Aqmatana) – Herodotun "Ἐκβάτανα" kimi qeyd etdiyi[1] qədim dünyanın ən böyük şəhərləeindən biri olmuşdur. İ. M. Dyakonov yazır ki, bu şəhər qədim Midiyanın ürəyi idi.[2] Şəhər mənbələrdə daha çox Astiaqın paytaxtı kimi xatırlansa da, digər maday hökmdarlarının hakimiyyəti dövründə də siyasi və mədəni mərkəz Ekbatan olub. Sonuncu Midiya hökmdarı Astiaqın Fars qiyamını yatıra bilməməsi nəticəsində farslar tərəfindən işğal olunub və bu hadisə Midiyanın süqutu ilə nəticələnib.

Farsların əlinə keçdikdən sonra isə, Əlvənd dağının ətəyində yerləşən gözəl şəhər Əhəməni hökmdarlarının yay iqamətgahı olub. Daha sonra şəhər Parfiya hökmdarlarının paytaxtı olub. Həmin dövrdə Parfiya dövlətinin mühüm zərbxanalarının yerləşdiyi şəhərdə çoxlu draxma və tetradraxma kəsilib. Şəhərdən həmçinin "Achmetha" adı ilə Tövratda da bəhs edilmişdir.[3]

Mənbələrdə adı xatırlanan başqa bir Ekbatan şəhəri də vardır. Lakin bu iki şəhər qarışdırılmamalıdır. Onlardan biri Ekbatan / Həmədan – Midiyanın Azərbaycanda yerləşən paytaxtı, digəri isə Ekbatan / Həmət – Suriyada yerləşən və Herodotun dediyinə görə II Kambizin vəfat etdiyi şəhərdir. Midiyanın paytaxtı olan Ekbatan şəhəri e.ə. 330-cu ildə Makedoniyalı İskəndərin sərkərdəsi Parmenion tərəfindən işğal edilmişdir.


Tarix: 08.01.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Azərbaycan paytaxtları
loading...