Bakı Cənubi Qafqazın ən böyük sənaye və iqtisadi mərkəzidir. Bakı nefti müxtəlif dövrlərdə dünya neftində aparıcı çəkiyə malik olub. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.[27] Bundan başqa sürətlə böyüyən kapitalist Bakısı XIX əsrin sonralarında zərgərliyin ən böyük mərkəzinə çevrilmişdi. Şəhərin küçələrindən birinin indi də "Zərgər palan" adlanması buna sübutdur. 1900-cü ildə burada 130 nəfər təkcə qeydiyyatdan keçmiş zinət ustası və 89 nəfər şagird çalışırdı. XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda mis qab istehsal edən müəssisələrin sayı 2-3 dəfə artmışdı. Sürətlə böyüməkdə olan kapitalist Bakısında mis məmulatına əhalinin tələbatının artması bu məsələdə həlledici rol oynamışdır. [28]
1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə ola[[raq açıq dənizdə neft çıxarmağa başlamışdır. 1999-cu il 17 apreldə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür. Şəhərin iqtisadi inkişafını təmin edən əsas sahələr bunlardır: Beynəlxalq ticarət, neft hasilatı və emalı, kimya, maşınqayırma, toxuculuq və qida sənayəsi. Son zamanlar hərbi sənaye, yüksək texnologiyalı sənaye və informasiya texnologiyaları inkişaf edirlər.
Tarix: 08.01.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycan paytaxtları