Azərbaycan paytaxtları → Gəncə Rusiya işğalı
Bu dövrlərdə Rusiya İmperiyası aristokratiya, zadəgan, mülkədar və tüccarların maraqlarını dəstəkləyən və ticari əlaqələrini artırmaq üçün yeni ölkə və dövlətləri tutmağı məqsədləşdirən bir siyasəti izləyirdi. Buna görə də Rusiya imperiyası strateji və iqtisadi cəhətdən əlverişli vəziyyətdə yerləşən Azərbaycana xüsusi bir maraq göstərirdi. Gəncə xanlığının yerləşdiyi yerin əlverişli mövqeyini nəzərə alarsaq, Rusiya ilk olaraq buranı zəbt etmək, daha sonra isə buranı hərbi baza kimi istifadə edərək burdan digər xanlıqlara hücum edə biləcəkdi. Rusiya ordusu komandanı Gəncəni İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Generalın yazdıqlarına görə Gəncə qalası Azərbaycanın strateji cəhətdən çox əlverişli bir mövqedə yerləşmişdir. Bu səbəblə Rusiya ilk növbədə Ardı »