Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə Mədəniyyəti

Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burda həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, "Gülşən" rəqs ansamblı və "Ulu Gəncə" ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 dən artıq insan iştirak edir.

İncəsənət nümayəndələri ilə yanaşı yaxşı olardı ki, respublikamızın mərhum aktyorları Zülfügar Baratzadə və Məhəmməd Bürcəliyev, Ələddin Abbasov və Sədayə Mustafayeva kimi sevilən incəsənət xadimlərini də qeyd edək. Müğənni Şahnaz Haşımova həmçinin Azərbaycanın Xalq Artisti adına layiq görülüb. Hal hazırda şəhərdə 8 tanınmış aktyor və 49 incəsənət işçisi fəaliyyət göstərir.

Vaxtilə Gəncə Azərbaycan mədəniyyətinin inkişafı tarixində əhəmiyyətli rol oynamışdır. Bir çox əsərlərinin dünya şöhrəti qazanmış alim və şairlər burda doğulub, yaşamışlar.Məshəti Gəncəvi yaradıcılığını xüsusilə qeyd etmək lazımdır,çünki Məshəti xanım zamanının xalq tərəfindən sevilən və hörmət edilən istedadlı şairələrindən bir olmuşdur və müasir dövrümüzdə də şerləri sevilə-sevilə oxunur. Azərbaycanın əvəzedilməz dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvi, bu dövrlərdə Gəncədə yaşayıb yaratmışdır. Onun Xəmsəsi dünya ədəbiyyatının nadir incilərindəndir.J.E.Bertelsin sözlərinə görə Nizami sahib olduğu fövqəladə hiss, duyğu zənginliyilə əbədi olaraq insanlığın zehnlərini fəth edib.

Gəncədə milli teatr olmayıb. Bunun əvəzində burda milli oyunlar, şəbəkə, cürbəcür sərgilər fəaliyyət göstərmişdir. Milli oyunlarla yanaşı burda fəaliyyət göstərən Rus teatrının nümayəndələrinin çıxışları idi ki, bu da öz növbəsində Gəncədə mövcud Rus dilinə olan marağın bariz nümunəsi idi.


Tarix: 08.01.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Azərbaycan paytaxtları
loading...