Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə ümumi

Gəncə (tələffüzü (info)) şəhəri — Azərbaycanın, Bakı və Sumqayıt şəhərindən sonra üçüncü böyük şəhəridir. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.

Ərazisi 110 km², əhalisinin sayı 324 min 709 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2755 nəfər/km² təşkil edir.

Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.

Gəncə Dövlət Unversiteti , Azərbaycan Dövlət Aqrar Unversiteti (ADAU), Azərbaycan Texnologiya Unversiteti (ATU) kimi unversitetlər, AZVAPA Proqramlaşdırma və Təhsil Mərkəzi, Gəncə Azərbaycan-Türk Liseyi bu şəhərdə yerləşir.


Tarix: 08.01.2015 / 16:22 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycan paytaxtları
loading...