Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəncə Turizmi

Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycanın ayrılmaz hissəsi olan Gəncə şəhərinin tarixi ərazisi olmuşdur. Elmi və arxeoloji tədqiqatlar sübut etmişdir ki, Gəncə təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin elm və mədəniyyət beşiklərindən biiridir .Gəncənin yerləşdiyi təbii coğrafi şərait, bol sulu çayları, münbit torpağı, zəngin filiz yatağı, yanacaq, sənətkarlıq və tikinti üçün istifadə edilən meşə materialı, rəng almaq üçün boyaq bitkiləri və təbii mağaralar bu ərazidə hələ neolit dövründə ilk insanların yaşamasına imkan vermişdir.

Gəncənin də daxil olduğu Albaniya ərazisinin münbitliyi haqqında eramızın I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı:

«Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir.Oradan axan Kür və onun qolları torpağın münbitliyini artırır. Üzüm tənəkləri heç vaxt toxa ilə üzülmür və hər beş ildən bir kəsilir. Yeni tənəklər artıq ikinci ildən bar gətirirlər, boy atmışları isə o qədər bar verirlər ki, onun çox hissəsi tənəyin üzərində qalır. Eyni ilə, onlarda həm ev, həm də vəhşi heyvanlar gözəl artıma malikdirlər.Bu ölkə bütün mümkün mənfəətlər üzrə və Qafqaz dağlarının uca dağlarıyla abad və gözəldir. Əzəmətli Kür çayı gur axarıyla çoxlu böyük və xırda balıqlar gətirir. O gəzərək axır və Kaspi dənizinə tökülür. Onun düzəngahları taxıl, üzüm, neft, duz, ipək və pambıq kağızıyla boldur, zeytun ağaclarının sayı-hesabı yoxdur; dağlarda qızıl, gümüş, mis və sarı buxur çıxarılır. Yırtıcı heyvanlar: aslanlar, qaplanlar, barslar, və çoxlu quşlar; qartallar, şahinlər və onlara oxşarlar da vardır.» Turistik Ərazilər

Gəncə şəhərdaxili və şəhərdən kənarda turistik ərazilər, məkanlar və onlara gedən ictimai nəqliyyat vasitələri aşağıdakılardır:

Şəhərdaxili
Bayraq Meydanı
Xəmsə Memarlıq Kompleksi
Heydər Əliyev Meydanı və Heydər Əliyev Mərkəzi
Şah Abbas Karvansarası
Cavad Xan Məqbərəsi
Çökək Hamam
Cavad Xan küçəsi
“Xan Bağı” Mədəniyyət və İstirahət Parkı
Azərbaycan Demokratik Respublikası Gəncə Təşkilatının yerləşdiyi bina (ADAU-nun Baş binası və Cumhuriyyət Muzeyi)
Nizami Gəncəvi adına Tarix-Diyarşunaslıq Muzeyi
İdman üzrə
Gəncə Olimpiya İdman Kompleksi
Dini məkanlar
Nizami Məqbərəsi
Şah Abbas Məscidi
Comərdi Qəssab türbəsi
İmamzadə kompleksi
Şəhərdən kənar
Hacıkənd istirahət zonası


Tarix: 08.01.2015 / 16:26 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Azərbaycan paytaxtları
loading...