Daha sonra 1989-cu ildə şəhərin Gəncə adı yenidən qaytarılmış və indiyədək də şəhər bu adı daşıyır. 1993-cü ilin iyun ayında baş verən hərbi çevrilişin cərəyan etdiyi və Prezident Əbülfəz Elçibəy hökumətinin devrilməsiylə nəticələnən bir səhnəyə çevrilmişdi. Hal hazırda Gəncənin ərazisi 100 km²-dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir. Quru Qobu ərazisində "Gülüstan" mikrorayonu və "Yeni Gəncə" rayonun qurulması Gəncənin tutduğu ərazinin genişlənməsi şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı. 2006-cı ildə Gəncədə Azərbaycanda ikinci beynəlxalq hava limanı açıldı. Şəhərin ərazisi 110 kv. km, əhalisinin sayı 1 sentyabr 2012-ci il tarixə 321.7 min nəfərdir. Gəncə Şəhəri 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. “Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 iyun 2004-cü il, 19 may və 11 oktyabr 2005-ci il, 31 oktyabr 2006-cı il, 30 may 2007-ci il, 3 mart və 24 sentyabr 2008-ci il, 25 may 2009-cu il, 11 fevral 2010-cu il, 09 fevral 2011-ci il, 21 yanvar 2012-ci il tarixlərdə Gəncə şəhərinə səfər etmişdir.
Tarix: 08.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycan paytaxtları