Almaniya 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Almaniyanı müsabiqədə iki müğənni təmsil etmişdir. Valter Andreas Şvarç “Im Wartesaal zum großen Glück” mahnısı ilə çıxış etmişdir. Fredi Kvin isə “So geht das jede Nacht” mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
National final
Almaniyanın milli seçim turu Heynz Piperin təqdimatında 1 may 1956-cı ildə keçirilmişdir. Seçim turunda 12 ifaçı iştirak etmişdi.
Belə ehtimallar var idi ki, Liz Assia seçim turunda "Ein kleiner gold'ner Ring" (azərb. Kiçik qızıl üzük) mahnısını ifa edib. Lakin Liz Assianın bu mahnını 1956-cı il seçim turunda yox Almaniyada başqa musiqi festivalında oxuduğunu xatırlayandan sonra bu ehtimalların yalan olduğu ortaya çıxdı. Həqiqətən də, o, bu mahnı ilə 1961-ci ildə Alman Şlager Festivalında çıxış etmişdi.
Tarix: 27.02.2015 / 17:29 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Almaniya tarixi