Panzerkampfwagen VI Ausf. B (Pz.Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya döyüşü əsnasında ağır tank sinifində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182).
Əvvəl amerikalılar əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab etdilər və Almanlar da "King Tiger" in bunun Alman tərcüməsi Königstiger (Almanca'daki mənası: Bengal pələngi) adını istifadə etməyə başladı.
Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi.Tiger II tankının şassesi Jagdtiger adlı tanksavarın istehsalında istifadə edilmişdir .. Tiger II ağırlığı 68.5 tondur. Tankın ön qisimindəki zireh qalınlığı 150mm dən 180 mm qədər idi.
Ağır zirehi və uzun mənzilli top səbəbindən digər tanklara qarşı çox güçlüydü.Xüsusilə qərb cəbhəsində Müttəfiq qüvvələrin az qala heç ağır tankı yox idi.Bu tanka qarşı müdafiə savaşıda vermək az qala qeyri-mümkün idi.
Bu tankın ən böyük problemi mexaniki qüsurları idi.Tanka cəbhədə təcili ehtiyac olduğundan kifayət qədər sınanmamış və problemləri həll edilməmişdir.Çox ağır olması səbəbi ilə bəzən tankı hərəkət etdirmək üçün tam qaz verilməsi lazım idi.Müharibənin sonununa doğru Almaniya'dakı xammal çətinliyi səbəbiylə zirehinin polad keyfiyyəti aşağı idi buda zərbə dayanmasını azaldırdı (ruslar tərəfindən testlərdə, ard-arda zərbə alan zirehdə çatlaqlar meydana gəlmişdir) Bütün bunlara baxmayaraq Tiger II, İkinci dünya müharibəsinin ən güclü tanklarındandı .O qədər güclü idi ki, təcrübəli bir ekipajla ilə 10 ədəd Amerika istehsalı M4A1 Shermanı məhv etdiyi qeydiyyata alınmışdır
Tarix: 27.02.2015 / 17:15 Müəllif: Feriska Baxılıb: 221 Bölmə: Almaniya tarixi