Böyük Karl
Böyük Karl (latınca Carolus Magnus, 2 aprel, 742 – 28 yanvar, 814, Axen) frank kralı (768–800), imperator (800–814), Karolinqlər sülaləsinin banisi. Gödək Pipinin ölümündən sonra (768) Frank dövlətinin bir hissəsini idarə edirdi. Lanqobardlar, sakslar, ərəblər, qərb slavyanları və başqaları ilə apardığı müharibələr nəticəsində böyük imperiya yaratmışdı. Böyük Karl imperiyada hakimiyyətinin mərkəzləşməsinə çalışır, Katolik Kilsəsini kral hakimiyyətinin dayağı hesab edirdi. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Böyük Karlın dövründə mədəniyyət sahəsində yüksəliş müşahidə edilirdi.
Tarix: 26.02.2015 / 19:04 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Almaniya tarixi
loading...