Anenerbe (almanca Ahnenerbe) Üçüncü Reyx dövründə fəaliyyət göstərmiş elmi-tədqiqat təşkilatıdır.
Təşkilatın tarixi
Halhazırda təşkilatın tam dəqiq yaranma tarixi bilinmir. Onun yaranma tarixi müxtəlif mənbələrdə müxtəlif vaxtlar kimi göstərilir. Anenerbe özündən öncəki bir çox təşkilatların əsasında yaranmışdır. Bunlara Tule və Vril cəmiyyətləri, İlüminnatlar ordeni, Vanderfogel və alman "Şərqi Məbəd Ordeni" aiddirlər. Anenerbenin taleyi bu cəmiyyətlərin fəaliyyət göstərdiyi istiqamətlərlə sıx bağlı idi. Yaranma tarixi kimi müxtəlif illər: 1933-cü il Darre kabinetinin maliyyə dəstəyi əsasında yaradılmasından, 10 iyul 1935-ci ilə kimi göstərilir. Yaradılma illəri arasında 1932, 1934, 1935 və hətta 1939-cu il də göstərilir. Rəsmi olaraq isə, Anenerbe 1935-ci ilin iyul ayında SS Reyxsfüreri Henrix Himmlerin göstərişi əsasında yaradılmışdır. Ayın tarixi kimi isə 1-dən 10-a kimi göstərilməsinin əsas səbəbi isə təşkilatın yaradılması haqda göstərişin bu dövr ərzində müxtəlif dövlət instansiyalarından keçməsi olub. Təşkilatın ilkin adı Qədim Alman Tarixinin, İdeologiyasının və Alman Əcdadlarının İrsinin Tədqiqatı Təşkilatı (almanca Studiengesellschaft für Geistesurgeschichte Deutsches Ahnenerbe) idi. Nəticədə Təşkilatın adı qısaldılaraq "Əcdadların İrsi" və ya "Anenerbe" (almanca Ahnenerbe) olmuşdur. Təşkilatın tədqiqat diapozonu isə Tibetdən, Antarktidaya qədər uzanmışdır. İşğal olunmuş ərazilərdə, əsasən də Ukrayna və Rusiyada, böyük sayda qazma işləri aparılmışdır. Anenerbenin birinci rəhbəri bir neçə fundamental ezoterik əsərlərin müəllifi olan holland əsilli German Virt olmuşdur. 1933-cü ildə Virt, Münhendə "Anenerbe" adlanan tarixi sərgini təşkil edir. Sərgidə Fələstində, Alp və Labrador mağaralarında tapılan qədim yazılar göstərilir. Virt bildirirdi ki, insanların yaranmasında iki protoirq iştirak etmişdir. Bunlara yüksək mənəviliyə malik olan şimalın Nordik irqi və cənubun ibtidai instinktlərə malik olan Qondvanik irqi aiddir. Bu sərgiyə getdikcə güclənən SS təşkilatı və onun rəhbəri olan Henrix Himmler də maraq göstərirdilər. O bu sərgidə irəli sürülən şimal irqinin üstünlüyü nəzəriyyəsinə heyran olmuş və Virtə əməkdaşlıq təklif etmişdir. Beləliklə Avropada uzun illər boyu ezoterik elmlərlə məşğul olan yeganə ciddi təşkilat olan Anenerbe təşkil olundu. 1935-ci ildə Anenerbeyə Nordik irqin mənəviyyatı, adət-ənənələri və irsi ilə əlaqədar tədqiqatlar aparmaq göstərişi verilir. Məqsəd – Nordik irqin üstünlüyünü və NSDAP-nin irq doktrinasını sübut etməkdən ibarət idi. 1937-ci ildə Anenerbe SS-in idarəsi altına keçdi və iqamətgahı Vayşenfeld (Bavariya) şəhərinə köçürülür. 13 elmi institut Virtin rəhbərliyi altına keçir. Sonradan Virt, Himmler tərəfindən öz səlahiyyət dairəsini genişləndirdiyi üçün tutduğu vəzifədən azad edilmişdi. Təşkilatın sədrliyini Henrix Himmler öz əlinə alır, kurator kimi Münhen Universitetinin rektoru olan Valter Vürst, baş katib isə SS şturmbanfüreri Volfram Zivers təyin edilir. 1938-ci ildə Anenerbe tərəfindən bütün Almaniya üzrə sonra isə işğal olunmuş ərazilərdə arxeoloji qazıntılar aparılır. Bu qazıntıların bir çoxunun nəticəsində qiymətli biliklər əldə edilmişdi. Anenerbenin xətti ilə Tibetdə və Yaxın Şərqdə arxeoloji və etnoqrafik araşdırmalar aparılmışdır. Sonradan isə Ukrayna və Krımda mövcud olmuş qədim yaşayış yerlərinin tədqiqatı aparılmışdır. Müharibə başladıqdan sonra maliyyələşdirmə getdikcə azaldığından və bütün səylər antropoloji tədqiqatlara yönləndirilir. Bu tədqiqatlar arasında əsas yeri Nasveyler konslagerində Hirtin və Dahauda Raşerin tədqiqatları əsas yer tuturlar. Antropoloji eksperimentlərin bir hissəsi əsirlərin üzərində aparılırdı.
Tarix: 26.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 268 Bölmə: Almaniya tarixi