Kayzer (alm. Kaiser) - alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür.
Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər.
Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.
Tarix: 26.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 239 Bölmə: Almaniya tarixi