Vermaxt (alm. Wehrmacht, Wehr - silah, müdafiə, Macht - güc, qüvvə; tərc. Müdafiə qüvvələri) — 1935-1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olan Almaniya silahlı qüvvələrinin yaradılması haqqında (alm. Gesetz über den Aufbau der Wehrmacht) 1935-ci il 16 mart tarixli qanuna əsasən yaradılmışdır. Vermaxt üç tərkib hissəyə bölünürdü - Quru Qoşunları (das Heer), Hərbi Dəniz Donanması (die Kriegsmarine) və Hərbi Hava Qüvvələri (die Luftwaffe).
Bu qoşun növləri üzərində idarəetməni həyata keçirmək üçün müvafiq baş komandanlıqlar yaradılmışdı:
Silahlı Qüvvələrin Baş komandanlığı (alm. Oberkommando der Wehrmacht, OKW);
Quru Qoşunlarının Baş komandanlığı (alm. Oberkommando des Нееrеs, OKH);
Hərbi Dəniz Donanmasının Baş komandanlığı (alm. Oberkommando der Marine, OKM);
Hərbi Hava Qüvvələrinin Baş komandanlığı (alm. Oberkommando der Luftwaffe, OKL).
1940-cı ildən etibarən SS (Waffen-SS) qüvvələri də Vermaxtın tərkibinə qatıldı və onun dördüncü qoluna çevrildi. Lakin bu qüvvələrin Silahlı Qüvvələrin Baş komandanlığına tabeliyi SS-in Reyxsfüreri Henrix Himmler tərəfindən müəyyən olunan səviyyədə saxlanırdı.
Vermaxtın Ali Baş komandanlığını Adolf Hitler özü həyata keçirirdi.
Tarix: 26.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 305 Bölmə: Almaniya tarixi