Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Almaniya tarixiMartin Borman

Martin Borman (alm. Martin Bormann, 17 iyun 1900, Vegeleben, Halberştadt, Hannover, Almaniya — 2 may 1945, Berlin, Üçüncü Reyx) — Almaniyanın siyasi və dövlət xadimi.

Həyatı[redaktə]
Martin Borman 1900-cü ildə kiçik poçt xidmətçisi Teodor Bormanın ailəsində anadan olub. O, hələ uşaq ikən atası vəfat edir və anası bank direktoru Albert Vollborna ərə gedir. Bundan bir müddət sonra Borman məktəbi yarımçıq buraxaraq Meklenburqdakı fermalardan birində işləməyə başlayır. 1918-ci ilin yayında ordu sıralarına çağırılır və I Dünya müharibəsində iştirak edir. Ordudan tərxis olunduqdan sonra kənd təsərrüfatı üzrə xüsusi kursda təhsil alır. Kursda təhsil aldığı illərdə Almaniya gənclərini özündə birləşdirən Almaniya Milli Xalq Partiyasına üzv olur. Ardı »

Almaniya tarixiHenrix Müller

Henrix Müller (d. 28 aprel 1900 - ?) — Nasist Almaniyasında siyasi polis idarəsi Gestapo rəisi və Holokost edamlarının məsulu.
Həyatı[redaktə]
Henrix Müller Mühafizə Baş dairəsində (RSHA) planlanmış, hazırlanmış və təşkil edilmiş əsasən bütün fəaliyətlərdə məsul olaraq önəmli rol oynamışdır. 1939-cu ilin sentyabrında siyasi müxaliflərin öldürülmələri təlimatını vermişdir. Adolf Eixmannın başında olduğu Yəhudi şöbəsi də Müllerin nəzarəti altındaydı. SSRİ yəhudilərinin qətl edilməsi planının uyğulamağa qoyulmasının ən kiçik detallarınadək Müllerin doğrudan təsiri olmuşdur. Başçısı olan Reinhard Heydrixin ona verdiyi təlimatların, şəxsi birlikləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir və gerçəkləşdirilən işləri məruzə və təbliğ ediri.

Henrix Müller 1 may 1945-ci ildə Berlindəki Fürerbunkerdə son görülen faşist Ardı »

Almaniya tarixiFrank Dövləti

Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum)- orta əsrlərdə yaranmış dövlət. 500-cü ildə Xlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub.
Merovinq dövləti[redaktə]
486 ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, Merovey nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən adətən, Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536). 6-cı əsrin ortalarına doğru Frank dövləti keçmiş Roma əyaləti Qalliyanın, demək olar, bütün Ardı »

Almaniya tarixiAlmaniya tarixi

Alman xalqının formalaşması[redaktə]
Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.

İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq Ardı »

Almaniya tarixiFürerbunker

Fürerbunker (Führerbunker (info)) — Berlində, Reyxin dəftərxanasının altında yerləşən yeraltı mənzillər kompleksi. Üçüncü Reyxdə nasional-sosialist rejimin süqutuna bir neçə həftə qalmış bu bunker Adolf Hitlerin son sığınacaq yeri olub. Bunker fürerin mənzil qərargahı olub və burada həm o, həm də bir sıra digər nasist rəhbərlər (Paul Yozef Hobbels) özlərini öldürüblər.

Ədəbiyyat[redaktə]
Pietro Guido: Führerbunker-Discovered its Mysteries ISEM [Vierte Ausgabe, 2006] Mailand ISBN 88-87077-03-7
Mario Frank: Der Tod im Führerbunker: Hitlers letzte Tage. Siedler, München 2005, ISBN 3-88680-815-7.
Sven Felix Kellerhoff: Mythos Führerbunker: Hitlers letzter Unterschlupf. Berlin Story Verlag, Berlin 2006, ISBN 3-929829-43-6.
Bernd Freytag von Loringhoven: Mit Hitler im Bunker. Aufzeichnungen aus dem Führerhauptquartier Juli 1944 Ardı »

Almaniya tarixiTiger II (tank)

Panzerkampfwagen VI Ausf. B (Pz.Kpfw. VI Ausf. B / Zirehli müharibə vasitəsi VI Ausf. B, ləqəb: Tiger II) — Alman ordusunda II. Dünya döyüşü əsnasında ağır tank sinifində xidmət etmişdir. Sonderkraftfahrzeug 182 (Sd. KFZ. 182).

Əvvəl amerikalılar əsgərlər "King Tiger", İngilislər "Royal Tiger" olaraq xitab etdilər və Almanlar da "King Tiger" in bunun Alman tərcüməsi Königstiger (Almanca'daki mənası: Bengal pələngi) adını istifadə etməyə başladı.

Bu tank ən əhəmiyyətli xüsusiyyəti Tiger I tankının zireh qalınlığı ilə Panther tankının zireh yamacı xüsusiyyətlərinin bir yerdə birləşməsi idi.Tiger II tankının şassesi Jagdtiger adlı tanksavarın istehsalında istifadə edilmişdir .. Tiger II ağırlığı 68.5 tondur. Tankın ön qisimindəki zireh Ardı »

Almaniya tarixiPrusslar

Prusslar — Baltik dənizinin cənub sahilində, Visla və Neman çaylarının aşağı axarları arasında yaşamış tayfalar qrupu, xalq. Qədim prussların maddi mədəniyyətləri onlara dilcə qohum olan letto-litvalılar və slavyanların mədəniyyətinə oxşardır. Prussların adları mənbələrdə IX əsrdən çəkilir. Prusslar Polşa və Rusiya ilə ticarət əlaqələri saxlamışlar. 1283-cü ildə Roma papasının və alman feodallarının köməyi ilə Tevton ordeni prussların torpaqlarını işğal etdi. İşğalçılar prussların əksəriyyətini qırdılar, qalanları isə tədricən almanlaşdı. Prussiyanın adı prusslardan götürülmüşdür. Ardı »

Almaniya tarixi1957 Avroviziya Mahnı Müsabiqəsi

1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Hollandiya təmsilçisi olmuşdur.
Keçirilən yer
Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın Ardı »