Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nasional Sosialist Alman Fəhlə Partiyası

Alman Nasional Sosialist Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiter Partei, NSDAP) – 1933-1945 illəri arasında Almaniyanı idarə edən siyasi partiya.

1920-ci ildə Adolf Hitler tərəfindən yaradılmış partiya üçüncü reyxin dağılmasına qədər (1945) Almaniyada hökmranlıq edib. 1918-ci ilin oktyabrında "Tule Cəmiyyəti" tərəfindən onların iki nəfər üzvü olan jurnalist Karl Harrer və çilingər Anton Drekslerə bu cəmiyyətin təsirini fəhlələr arasında artırmaq üçün xüsusi siyasi dərnək yaradılması əmr edilir. Anton Dreksler eyni zamanda Alman Fəhlə Partiyasını (DAP) da bərpa edir. 12 sentyabr 1919-cu ildə partiya toplantısında iştirak edən Hitlerin, partiyanın şüarları xoşuna gəlir. Hitler-in hesabatı ilə tanış olan Ernst Röm Hitlerə DAP-a daxil olmaq və partiyaya rəhbərliyi öz əlinə almaq haqda göstəriş verir. Hitler ilk dəfə olaraq 16 oktyabr 1919-cu ildə 111 nəfərdən ibarət olan auditoriya qarşısında çıxış edir. Əvvəlcə Hitler öz "Böyük Almaniya" haqqında olan fikirlərini bildirir, sonra isə Almaniyanın məğlubiyyətində marksistləri, yəhudiləri və digər düşmənləri ittiham edir. "Biz əfv etmirik, biz intiqam istəyirik" deyə o bildirirdi. 13 noyabr 1919-cu il çıxışında o bildirirdi ki, "Almanların kasıblığını, alman silahı ilə məhv etmək lazımdır. Bu məqam gəlib çatmalıdır". O 1919-cu il Versal sazişinə əsasən Almaniyanın itirdiyi müstəmləkələri qaytarmaq lazım olduğunu və Versal sazişinin "barbarlıq" olduğunu bildirirdi.Bundan sonrakı çıxışlarında isə o nəinki müharibədən əvvəlki torpaqların qaytarılmasını, hətta yeni torpaqların da Almaniyaya birləşdirilməsini tələb edirdi. 20 fevral 1920-ci ildə Alman Fəhlə Partiyasının adı dəyişdirilərək Alman Nasional Sosialist Fəhlə Partiyası adlanmağa başlandı. Partiyanın ilk qurultayı 4 gün sonra Münhen pivə zalında baş tutdu. 24 fevral 1920-ci ildə Hitler 25 bənddən ibarət olan ilk partiya partiya proqramını təqdim edir. Bu proqrama Versal sazişinin ləğvi, itirilmiş torpaqların qaytarılması, bütün almanların birləşməsi, başqa dövlətlərin Almaniyanın daxili işlərinə qarışmasının qarşısının alınması, yəhudilərə qarşı mübarizə, NSDAP-yə qarşı çıxan qəzetlərin bağlanması, Almaniyanı hərbi qüdrətini artırmaq və s. kimi məqamlar daxil idi. 1921-ci ildə partiya üzvlərinin sayı 3 minə bərabər idisə, 2 il sonra onların sayı 10 dəfə artmışdı. 21 iyul 1921-ci ildə Hitler partiyadan özünə qeyri-məhdud hüquqlara malik partiya rəhbəri vəzifəsini tələb edir və rədd cavabını alacağı təqdirdə partiya sıralarını tərk edəcəyini bildirirdi. 29 iyul 1921-ci ildə o, NSDAP-nin birinci sədri vəzifəsinə təyin edildi. Anton Dreksler fəxri sədr vəzifəsinə təyin edildi.


Tarix: 27.02.2015 / 17:14 Müəllif: Feriska Baxılıb: 229 Bölmə: Almaniya tarixi
loading...