Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fransa-Prussiya müharibəsi

Fransa-Prussiya müharibəsi , bəzən də Fransada 1870-ci il müharibəsi kimi adlandırılan müharibə, 19 iyul 1870 – 10 may 1871 tarixləri arasında Fransa imperiyası və Prussiya dövləti arasında baş vermiş müharibədir. Prussiyaya bu müharibədə Şimali Alman İttifaqı yaxından kömək edirdi. Bu müharibədə Prussiyanın qətiyyətli qələbəsi Almaniya torpaqlarının vahid bir dövlətdə birləşməsi ilə nəticələndi.
Müharibənin səbəbləri
Prussiya və İngiltərə Fransanın güclənməsinə yol vermək fikrində deyildilər. 1866-cı ildə Prussiya Avstriyanı əzdikdən sonra Fransa və Prussiya münasibətləri kəskinləşdi. Prussiyanın dağınıq alman dövlətlərini birləşdirmək cəhdi əslində müsbət hadisə idi. Lakin Fransa vahid və qüdrətli Almaniyanın yaradılmasını istəmirdi. Prussiya da öz növbəsində Fransanın zəngin Elzas və Lotaringiya vilayətlərini ələ keçirmək istəyirdi.

Qarşıduran tərəflər
Müharibənin başlanması
Hər iki tərəf çoxdan müharibəyə hazırlaşırdı. Fransa-Prussiya müharibəsi 1870-ci il iyulun 19-da başlandı. Napoleon höküməti həm də qalib gələcəyi təqdirdə öz mövqelərini möhkəmləndirmək ümidində idi. Müharibəyə alman dövlətləri daha yaxşı hazırlaşmışdılar. Müharibəni Fransanın elan etməsi isə alman xalqında milli hisslərin güclənməsinə təkan vermişdi. Müharibənin ilk günündən fransız ordusunda vahid komandanlığın yaradılmaması bəlli oldu. Orduda özbaşınalıq baş alıb gedirdi. Hərbi birləşmələr komplektləşdirilməmişdi. Təchizatda təminat aşağı səviyyədə idi. Bu amillər Prussiya üçün üstünlük yaradırdı. İlk döyüşlərdən alman orduları təşəbbüsü ələ aldılar. Mets qalasına sığınan fransızlar Prussiya ordusu tərəfindən mühasirəyə alındı. III Napoleon başda olmaqla mühasirəyə alınanlara köməyə gedən qüvvələr Sedan ətrafında çökəklik bir yerdə dincəlmək istərkən, Prussiya komandanlığı döşmənin səhvindən istifadə etdi və Sedan ətrafında hündür yerləri tutaraq fransızları mühasirəyə aldı. Fransız əsgərləri artilleriya atəşi altında mərdliklə vuruşsalar da, mühasirədən çıxa bilmədilər. III Napoleon sentyabrın 2-də təslim olmağı əmr etdi. Fransız ordusu, imperator başda olmaqla, 82 min nəfər əsgər və zabitlə birlikdə almanlara təslim oldu.

Fransanın biabırçılıqla məğlub olması Paris əhalisini küçələrə çıxartdı. Sentyabrın 4-də xalq kütlələri imperator III Napoleonun taxtdan uzaqlaşdırılmasına nail oldular. Əhalinin tələbi ilə Fransa respublika elan edildi. İkinci imperiyaya son qoyuldu. Xalqa demokratik azadlıqlar verildi. Burjua siyasi xadimləri təşəbbüsü ələ alaraq qmvəqqəti hökümət təşkil etdilər. Müvəqqət i hökümət yaranmış vəziyyətdə "Milli Müdafiə Höküməti" qurulduğunu elan etdi. Lakin Milli müdafiə höküməti sərəncamında xeyli hərbi qüvvənin və vətənpərvər könüllülərin olmasına baxmayaraq, alman ordusuna qarşı müqaviməti təşkil edə bilmədi. Bundan istifadə edən alman qoşunları Fransanın içərisinə irəliləyərək Parisi mühasirəyə aldılar. Müvəqqəti hökümətin milli müdafiə haqqında deyil, Bismarkla danışıqlar aparması xəbərini eşidən inqilabi vətənpərvər qüvvələr "sayıqlıq komitələri" qurur və höküməti devirmək planları hazırlayırdılar. Bir neçə ay davam edən mühasirədən sonra almanlar Parisi ələ keçirdilər. 1871-ci il yanvarın 18-də Versal sarayında alman dövlətləri birləşmiş Almaniya imperiyasının qurulduğunu elan etdilər. I Vilhelm imperiyanı təmsil edirdi. Fevralda Almaniya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Nəticədə Almaniya Elzas və Lotaringiya vilayətlərini Fransadan aldı. Fransa 5 milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər Fransanın xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi.


Tarix: 26.02.2015 / 19:14 Müəllif: Feriska Baxılıb: 248 Bölmə: Almaniya tarixi
loading...