Lanqobardlar və ya Lombardlar (lat. langobardī (uzunsaqallılar) — qədim Alman tayfalarından biridir. Əfsanəyə görə lanqobard qadınları özlərini döyüşdə öz ərlərini qorumaq və döyüşçülərin saylarının daha da çox görünmələri və bunun lada düşməni qorxutmaq üşün saçlarını çənələrinin altından bağlayaraq özlərini döyüşçü kişilərə oxşadırdılar.
Lanqobardlar ilk əvvəl Elbanın aşağı sol sahillərində Bardenqauda yaşayırdılar. V əsrdə cənuba, Norikə girərək burada Xristianlığın Ariçilik qolunu qəbul edirlər və beləliklə İmperiya (Şərqi Roma - Bizans) tərəfindən "müttəfiq tərəfdaşlar" kimi rəsmi tanınmağa başladılar. Lanqobardların erkən tarixi üzrə əsas mənbələrdən birinə "lanqobardların xalqının mənşəyi" adlı əsər anonim olaraq yazılmışdır ki, o dövrdə yaşamış tarixçi Pavel Dyakon "lanqobardların Tarixi" adlı əsərində bu mənbədən yararlanmışdır.
Lanqobar Krallığı və kralları
Əfsanəyə görə Skadan – (şimal) adlı ada vardır ki, burada çoxlu xalqlar yaşayırdı. Bunların arasında vinil adlanan kiçik bir xalq da vardır ki, onun başında Qambara və onun iki oğlu İbor və Ayo dururdu. Qonşu xalqlar arasında yaşayan vandallar başda Ambri və Assi olmaqla vinillərə qarşı çıxaraq onlardan “ya bizə vergi verməlisiniz ya da, bizimlə vuruşmalısınız” tələbini irəli sürdülər. Buna cavab olaraq İbor və Ayo və onların anası Qambara bildirdilər ki, “vandallara vergi verməkdənsə onlarala vuruşmaq daha yaxşıdır”. Sonra vandal hersoqları Ambri və Assi Odinə (almanların baş allahı) onların vinillər üzərində qələbə çalmaq üçün dua etdilər. Odin dedi: “günəş qlxmadan ilk kimi görsəm qələbəni də ona verəcəm”. Qambara və onun oğulları İbor və Ayo da öz növbəsində Freyadan (Odinin həyat yoldaşı) onlara bu müharibədə qalib gəlmələri üçün köməklik etməsini dilədilər. Freya onlara məsləhət gördü ki, vinillər günəş doğmadan gəlsinlər, qadınlar öz saçlarını üzlərinə bağlayaraq ərləri ilə birlikdə gəlsinlər. Vinillərin gəldiyini görən Freya Odini oyatdı... . Odin gözlərini açanda qarşısında vinilləri və saçlarını üzlərinə bağlayan qadınları gördükdə soruşdu: bu uzunsaqallılar (lanqobardlar) kimdir? Freya Odinə dedi: “cənab, sən onlara ad verdin, indi onlara qələbəni ver”. Odin onlara qəlbəni verdi - vinillər qələbə qazandı və bundan sonra onlar lanqobardlar adlanmağa başlandılar. Daha sonra lanqobardlar Qolayda yaxınlaşdılar, sonra Aldonus, Antaib, Buinaib və Burqundaibidə tutdular.
Aqilmund
İbor və Ayo qardaşlarının ölümündən sonra digər alman tayfalarında olduğu kimi lanqobardlar da özlərinə kral seçdilər. O, Qunqinlər (Quqinlər) nəslindən olan lanqobardlar arasında ən tanınmış Ayonun oğlu Aqilmund oldu. Aqilmund (IV əsrin sonları V əsr) lanqobardların ilk kralı idi. Eyni zamanda lanqobardlarda güclü hersoqluq öz təsirini saxlayırdı. Aqilmun 33 il hökmranlıq etmişdir, onun dövründə lanqobardlar qonşu dövlətlərlə sülh şəraitində yaşamışdır, lakin gözlənilmədən bolqarların hücumuna məruz qlmışdır. Kral Aqilmun hücum zamanı öldürülmüşdür, qızı isə əsir edilmişdir.
Lamisso
Aqilmunun ölümündən sonra Lamisso (Lamixo) kral seçilmişdi. Lamisso hələ uşaqikən Aqilmund tərəfindən ölümdən qurtarılmışdı və sonra onun şagirdi olmuşdu. Bundan əlavə o hələ taxda çıxmazdan əvvəl də cəsur döyüşçü kimi məşhur idi. Böyük çətinliklə də olsa lanqobardlar bolqarlar üzərində qələbəyə nail olmuşdular. Bundan sonra Lanqobardlar özləri qonşu xalqlara hücum etməyə başladılar. Lamissonun dövründə lanqobardlar Dunay və Elbanın aşağı axarı arasında yaşayırdılar.
Let
Lamisso dan sonra onun varisi Letinqlər sülaləsinin banisi Let (Lethu) 40 il hakimiyyətdə olmuşdur. Letdən sonra hakimiyyətə Aldihok (və ya Hildeok) gəlmişdir. Lanqobardların 5-ci kralı Aldihokun oğlu və varisi Qodehok (Qudeok 470- 489) olmuşdur.
Qodehok
Qodehokun dövründə Elba çayı istiqaməti ilə şimala doğru hərəkət etməyə başlayan lanqobardlar 489-cu ildə Noriki (“Ruqiland” – ruqların torpağı) tutdular. Bu lanqobardların tutduqları Bizans imperiyasının himayəsində olan ilk ərazilər idi.
Klaffo
Qodehokdan sonra Klaffo hakimiyyətə gəldi. Ondan sonra isə oğlu Tato hakimiyyətə gəldi.
Tato
Tato hakimiyyətinin əsas hadisəsi lanqobardlarla herullar arasında baş vermiş müharibə idi. 490-cı ildə lanqobardlar artıq xristian idilər və digər qonşu xalqlar kimi herulların hakimiyyəti altında idilər. 494-cü ildə lanqobardlarla herullar arasında müharibə başverdi. Nəticə etibarı ilə herullar məğlub oldular, Herul kralı Rodulf kömək üçün İtaliyaya – onu oğulluğa götürən (silah üzrə oğlu) ostqotların kralı Teodorixin yanına qaçdı, ondan kömək alaraq yenidən öz mülkiyyətinə qayıtdı. Lakin bu müharibədən sonra lanqobardlar herullara vergi verməyi dayandırdılar. Bundan sonra lanqobardlar Feld (sahə) adlandırdıqları Norik düzənliyinə köçdülər. Bu zaman ərzində onlar sülh şəraitində yaşayırdılar. 508-ci idə yenidən müharibə başlandı. Müharibəyə səbəb isə ittifaq bağlamaq üçün lanqobardlara gələn kral Rodulfun qardaşı Rumetrudın əmri ilə kral Tatonun qızının öldürülməsi idi.
Herulların qoşunu lanqobardlara nisbətən çoxsaylı və bacarıqlı idi. Lanqobardlar bir neçə dəfə elçilər göndərərək münaqişəni sülh yolu ilə həll etməyə çalışsalar da, buna müvəffəq olmadılar. Lakin buna baxmayaraq müharibə Blaxfeldə baş tutdu və döyüş nəticəsində lanqobardlar herullara dağıdıcı zərbə vurdu, kral Rodulf öldürüldü. Bu məğlubiyyətdən sonra herullar 3 hissəyə parçalandılar və vahid krallığa sahib ola bilmədilər. Lanqobardlar isə yerli xalqları öz əsarəti altına aldılar.
Vaxo
511-ci il kral Tato öz qardaşı Unixisin oğlu Vaxo tərəfindən öldürüldü. Vaxo yeni kral oldu. Tatonun oğlu Riznulf varnalıların (varna – qərbi slavyan tayfası) yanına qaçsa da orada öldürüldü. Tatonun nəvəsi Hildiqis (İldiqis) əvvəlcə slavyanların, oradan isə qepidlərin yanına qaçdı və uzun müddət burada lanqobard taxtı uğrunda mübarizəyə başladı.
526-cı ildə ostqot kralı Teodorixin ölümündən istifadə edən Vaxo Sava çayı sahillərində yaşayan qədim almman tayfası olan svevləri, həmçinin Roma əyaləti olan Pannoneyanı və Valeriyanı tutdu.
Lanqobardların beynəlxalq əlaqələrini genişləndirmək üçün Vaxo qonşu xalqların kralları ilə bir sıra nigah bağladı. Onun birinci arvadı Raniqunda tyurinqlərin (qərbi alman tayfası) kralı Fisudun qızı idi, ikincisi (təxminən 512-ci il) Austriquz qepidlərin kralı Turizindin (və ya Torisvint) qızı idi, Vaxonun ikinci arvadından iki qızı vardı. O, böyk qızı Vziqardanı 532-ci ildə Avstrasiya kralı I Teodorixin oğlu Frank kralı I Teodebertə (frank kralı), ikinci qızı Valdradanı isə digər frank kralı Xuzubalda ərə vermişdi, lakin Valdrada ona nifrət etdiyi üçün onu öz yaxını olan Bavariya knyazı I Qaripaldaya ərə verdi. Vaxonun üçüncü arvadı isə Siqilinqa – herul kralı Ziqilundanın qızı idi. Vaxonun bu arvadından Valtari adlı oğlu vardı.
Beləliklə lanqobardlar Dunay ətrafı regionun ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Bu da öz növbəsində Bizans imperiyasının maraq sferasına daxil oldu. Bu baxımdan da Vaxo ilə rəsmi Konistantinopol arasında dostluq və hərbi yardım haqqında ittifaq bağladı. 538-ci ilin axırı 539-cu ilin əvvəllərində ostqot kralı Viteqes (500-542-ci illər) lanqobardlara öz səfirini göndərərək Bizansa qarşı ittifaq bağlamağı təklif etdi, lakin Vaxo bu təklifi rədd edərək özünü imperator Yustinyanın dostu və müttəfiqi olduğunu bildirdi.
Valtari
540-cı ildə kral Vaxo öldü. Onun azyaşlı oğlu Valtari (540-546-cı illər) taxta çıxdı. Valtari haqda məlumat çox azdır, belə ki, bəziləri onun 7 il hakimiyyətdə olduğunu bildirir, bəzilərinə görə isə 3 il. Məlumatlara əsasən, hələ kral Vaxo sağikən Qausis nəslindən olan Audoin bu dövrdə lanqobardlar arasında artıq yetərincə tanınmış şəxs idi. Bu baxımdanda kral Vaxo taxtı öz varisi Valtariyə vermişdi. Lakin bəzi məlumatlara görə Valtari Audoin tərəfindən öldürüldü, bizans məlumatlarına görə isə xəstəlikdən ölmüşdü.
Audoin
Valtari öldükdən sonra Audoin özünü onun varisi elan edərək hakimiyyəti ələ keçirdi. Audoinin hakimiyyəti illərində özündən əvvəlki sələflərinin dövründə qurulmuş Bizans-Lanqobard münasibətləri daha da gücləndirildi. Onun dövründə lanqobardlar Dunayın sol sahili regionunda ən güclü xalqına çevrilmişdi. Onlar Feld (indiki Vyana və Bratislava arasında) düzənliyində düşmənləri olan qepidlərlə yanaşı yaşayırdılar. Qepidlər də Bizans imperiyasının müttəfiqi hesab edilirdi, lakin onlar müntəzəm olaraq onlar Dunay ətrafı imperiya əyalətlərinə hücumlar edirdilər, eyni zamanda bu ərazilərə keçmək istəyən slavyanlara da köməklik edirdilər. 546-cı ildə imperator I Yustinianın lanqobardlara Dunay hövzəsində və eləcə də Pannoneyada əhəmiyyətli məntəqə kimi qepidlərində iddiasında olduğu Sirmiy (müasir Mitrovisa) şəhərini verdikdən sonra lanqobardlarla - qepidlər arasında ziddiyyətlər daha da kəskinləşdi. Bundan sonra lanqobardlar Pannoneyaya köçdülər və bilavasitə Bizansın qonşusu oldular. Sirmiy şəhərinin lanqobardlara verilməsi 548-ci ildə qepidlərlə açıq münaqişəyə gətirib çıxartdı. Hər iki tərəf imperator I Yustinianın dəstəyini əldə etmək üçün öz səfirlərini Konisantinopola göndərdilər. I Yustinian sayca az olan, lakin Bizansa daha çox sadiq olan lanqobardlara üstünlük verərək onlarla hərbi ittifaq bağladı, bundan əlavə 10000 atlı və herullardan ibarət 1500 piyada dəsdə (bizansda qulluq edən digər 3000 herul dəstəsi daha əvvəl qepidlərin tərəfinə keçmişdi) göndərdi. Bizans qoşununun yaxınlaşdığını görən qepidlər lanqobardlarla dərhal sülh bağladılar. Audion qepidlərdən lanqobard taxtına iddiası olan Xildiqisi tələb etdi. Qepidlər buna etiraz etdilər, lakin bunun əvəzində sılavyanların onun müttəfiqlərinin torpaqlarından uzaqlaşmasına təminat verdilər. İki il sonra 550-ci ildə lanqobardlarla qepidlər arasında vəziyyət yenidən çətinləşdi. Kral Audion və qepid kralı Truzind bir-birilərinin üzərinə hərəkət etdilər. Lakin döyüş zamanı hər iki tərəfin döyüşçüləri anlaşılmaz səbəbdən döyüşdən qaçmağa başladılar. Tərəflər arasında 2 illik barığıq bağlandı. Bundan istifadə edən qepidlər imperator I Yustinianın lanqobardlara kömək edəcəyini bilərək, kutriqurlarla (Bulqar tayfalarından biri) hərbi ittifaq bağlayaraq onlardan 12000 döyüşçü aldılar. Lakin barışığın müddəti hələ bitməmişdi, qepidlər isi ordunu saxlamaq iqtidarında deyildi. Bu baxımdan onlar kutriqurları Bizans əyalətlərini qarət etməyə göndərdilər. İmperator I Yustinian utriqurları (Bulqar tayfalarından biri) öz müttəfiqləri olan kutriqurların üzərinə göndərdi. Onlar kutriqurların yaşadıqları yerləri viran etdilər, əhalisini isə əsr aldılar. Sonra kutriqurlar I Yustinianla sülh bağlayaraq federat sifəti ilə Frakiyada məskunlaşdırıldılar. Beləliklə qeoidlər müttəfiqsiz qaldılar. 552-ci ildə kral Audion imperator I Yustinianın müttəfiqi kimi 2500 tanınmış, 3000 sadə döyüşçülərdən ibarət öz qöşunlarını İtaliyada Ostqot kralı Totilaya qarşı vuruşan bizans sərkərdəsi Narsesin (Narzes, Nerses - milliyətcə erməni) ordusuna göndərdi. Teqina yaxınlığında baş vermiş döyüşdə lanqobardlar digər barbar döyüşçüləri kimi bizans ordusunun mərkəzində yer almışdı. Totila üzərində qələbədən sonra lanqobard qoşunları hədiyyəlrlə dərhal öz vətənlərinə geri göndərildi. Çünki onlar burada yerli əhaliyə bir sıra zorakılıq edirdilər. Qepidlərlə bağlanmış barışığın müddəti başa çatdıqda - 552-ci ildə tərəflər arasında müharibə yenidən başlandı. Qepidlər bu dəfə imperator I Yustinianı slavyanların imperiyanın Balkanlardakı əyalətlərinə soxulmasının qarşısını alacaqları təqdirdə köməklik göstərəcəyinə nail olsalarda, imperator sonra öz fikrindən dönərək qepidləri dəstəkləməkdən imtina etdi və lanqobardlara böyük qoşunla yardım göndərdi. Lakin Ulpiana şəhərində (Meziyada qədim roma şəhəri – indiki Serbiya yaxınlığında) dini zəmində baş vermiş ixtişaş nəticəsində yalnız Audoinin qaynı – tyurinqlərin sonuncu kralı Qermenefredin oğlu Amalafrid öz dəstəsi ilə gəlmişdi. Tərəflər arasında döyüş Asfeld düzündə baş verdi. Lanqobard döyüşçülərinin başında Audoinin oğlu Alboin dururdu, qepidlərin başında isə kral Turizindin oğlu Turismond dururdu. Döyüş zamanı Turismond Alboin tərəfindən öldürüldü. Öz sərkərdələrinin həlak olmasını görən qepid döyüşçüləri çoxlu itkilər verərək geri çəkilməyə məcbur oldular. Qepid kralı Turizind dərhal lanqobardlarla sülh bağladı: sülhün şərtlərinə görə qepidlər lanqobard taxtına iddiası olan Xildiqisi öldürdülər, lanqobardlar isə keçmiş qepid kralı Elmundun (Helmund) oğlu Ustriqotu öldürdülər. 553-cü ildə lanqobardlar Bizans ordusunda Sasanilərlə döyüşdə iştirak etmişdilər. 555-ci ildə Alboin frank kralı I Xlotarın qızı Xlodozindlə evləndi.
Alboin
Alboin bəzi tədqiqatçıların fikrincə əfsanəyə görə Qausis sülaləsinə məxsus idi. O, bəzi məlumatlara görə 560 və ya 566-cı ildə atası Audoinin ölümündən sonra taxta çıxmışdı. Son tarix onun idarəçiliyinin ən ehtimal edilən vaxtı hesab edilir. Bu zaman lanqobardlar Bizans imperiyasının federatı kimi Dravi və Dunay çayları ətrafında yaşayırdılar. 567-ci ildə Alboin Avarlarla ittifaqa girərək qepidləri məğlub etdi və kral Kunimundu öldürdü. Avarlar bu dövrdə Dunayın sağ sahillərində ən güclü dövlətlərindən birinə çevrilmişdi. Avarların hücumlarından ehtiyyat edən Alboin lanqobardları İtaliyaya – Bizansın qotlarla müharibəsindən sonra hələ kifayət qədər möhkəmlənmədiyi torpaqlara köçürməyi qərara aldı. Bəzı orta əsr salnaməçilərinin verdiyi məlumatlara görə isə lanqobardları İtaliyaya Bizans imperiyasından ayrı müstəqil olmaq istəyən sərkərdə Narses dəvət etmişdi, hərçən bu məlumatı müasir tarixçilər məqbul hesab etmir. Kral Alboin avarlarla onların Pannoneyada qalmaqları haqda saziş bağladılar. Beləliklə lanqobardlar 2 aprel 568-ci ildə İtaliyaya hərəkətə başladılar. Onlarla birlikdə İtaliyaya həmçinin qepidlər, alanlar, svevlər və Alboinin müttəfiqi olan sakslarda hərəkət etdilər. Səlnaməçi, Roma katolik kilsəsinin baş keşişi, müqəddəs Mariy Avanşskinin qeydlərinə əsasən lanqobardların İtaliyaya girişi 569-cu il sentiyabrın 20-21 də olmuşdu. Lanqobardlar qısa müddət ərzində demək olar ki, bütün şimali və orta İtaliyanı fəth etdilər. Yalnız Roma, Ravenna və sahilyanı şəhərlər işğal olunmamaış qalırdı. Lanqobard knyazlığı kimi Friuli şəhəri İtaliyada ilk hersoqluq yaradıldı və Alboin öz qohumu Qizufu buraya hersoq təyin etdi. 571-ci ildə lanqobardlar dahabir hersoqluğu – Benevent hersoqluğunu yaratdılar. 569-cu ildə Veronada təslim oldu. Buna görə də lanqobardlar Trentaya qədər olan əraziləri, həmçinin Milanı da (şəhəri idarə edən baş keşiş qaçmışdı) tutdular. Lanqobardlar müqavimət göstərən şəhərləri viran qoydular, hansılar ki, müqavimət göstərmirdi onlar toxunulmaz olaraq qalırdı. Üçillik mühasirədən sonra 572-ci ilin başlanğıcında Paviya da işğal edildi. Lakin yalnız o lanqobardlar tərəfindən yegan müqavimət göstərən şəhər idi ki, talan olunmamış qalırdı. Orta əsr salnaməçiləri hesab edirdilər ki, o yalnız ilahi müdafiə nəticəsində salamat qalmışdı. Vaxt ötdükcə bu şəhər öz əhəmiyyətini artıraraq krallığın paytaxtına çevrildi. Lanqobardlar şəhərlərdə yaşamağı üstünlük verirdilər, kəndlərdə isə nəsli icmalar yerləşdirilirdi. Hələ taxta çıxmazdan əvvəl Alboin frank kralı I Xlotarın qızı Xlodosvintlə evlənmişdi. Lakin o 567-ci ildə ölmüşdü. Onun ikinci arvadı Rozamund Alboin tərəfindən öldürülmüş qepid kralı Kunimundun qızı idi. Bəzi mənbələrə görə Alboin 572-ci il 28 iyunda və ya 573-cü ilin başlanğıcında Veronada Rozamundun təşkil etdiyi sui-qəsd nəticəsində öldürülmüşdü.
Klef
Alboinin ölümündən sonra onun varisi olmadığından taxta Klef (572/573-574-cü illər) çıxdı. Klafin Alboinlə qanqohumluğu yox idi, buna baxmayaraq o 18 ay hakimiyyətdə olmuşdu. Klef sərt xarakteri ilə digərlərindən fərqlənirdi. O, Appenin yarmadasında hökümranlıq üçün Bizansla daima müharibələr aparırdı. O, şimali İtaliyada – Toskana və Revananı tutaraq burada öz hakimiyyətini qurdu. Klefin apardığı repressiv (sərt) siyasət sonda onun qlıncla öz qulu tərəfindən öldürülməsinə səbəb oldu.
Hersuqluqlar dövrü
Klefin ölümündən sonra hakimiyyət 10 il (574-584-cü illər) ərzində tarixçkilər tərəfindən “12 hersoqluq idarəçiliyi” adlanan hersoqluqlar tərəfindən idarə olunmağa başlandı. Bu dövrdə lanqobardların 3 rəhbəri – Aymon (Turin hersoqu), Zaban (Pavi hersoqu) və Rodan İtaliyanın bir çox yerlərini tutdular, həmçinin Frank dövlətinin hüdudlarına soxuldular. Bu dövrdə hakimiyyətdə olan digər hersoqlar – Zotto (Benevent hersoqu), Valar (Berqamonun hersoqu), I Alaqiz (Breşii hersoqu), I Qizulf (Friulya hersoqu), I Faroald (Spoleto hersoqu), Eyn (Trento hersoqu).
Autari
584-cü ildə onlar öz mülklərinin yarısını və paytaxt Paviyanı kral Klefin oğlu Autariyə verdilər. Daha sonra Autarini (584-590-cı illər) lanqobardların kralı elan edilərək taxta çıxdı. O, hakimiyyəti illərində franklarla, Bizansla və o cümlədən üsyançılarla mübarizə aparmışdı. Onun hakimiyyəti illərində franklar Lanqobard krallığına iki dəfə 588 və 590-cı illərdə hücum etmişdir. Kral Autarinin hakimiyyəti illərində lanqobarlar Bizansa qarşı müvəffəqiyyətli yürüşlər həyata keçirirdilər. 15 may 589-cu ildə Autari Bavariya hersoqu I Qaribaldanın qızı Teodelinda ilə evləndi. Daha sonra Autari 590-cı ildə Pavidə zəhərlənmədən öldü.
Aqilulf
Autari öldükdən sonra onun yerinə qardaşı – Turin hersoqu Ansavaldın oğlu Aqilulf (590-615/616-cı illər) 590-cı ilin noyabrında Teodelinda ilə evlənərək lanqobardların kralı seçildi. 591-ci ilin mayında Milan şəhəri yaxınlığında Lanqobard zadəganlarının yığıncağında Aqilulfa tac qoyma mərasimi keçirilmişdi. Teodelindanın əmrinə görə xüsusi olaraq bu mərasim üçün "lanqobardların Dəmir tacı" hazırlanmışdı, sonra tacın saxlaması üçün Aqilulf və Teodelinda tərəfindən Monsada tikilmiş Müqəddəs İoanna kilsəsinə verdi (çatdırdı). Tacın üzərində “Bütün İtaliyanın Kralı” yazısı vardır, hansını ki, tarixçilər kral Aqilulfu bütün İtaliyanın kralı titulunu qəbul etdiyini hesab edirlər. Aqilulfun hakimiyyəti illərində faranklarla müharibələr səngidi. Lanqobardlarla sülh bağlayan Frank kral (həmçinin Burqund kralı) Quntramn 592-ci ildə öldü. Onun ölümündən sonra franklar arasında hakimiyyət uğrunda ədavət yarandı. Bu da Merovinqlər (franklar) tərəfindən Lanqobard krallığına növbəti hücumun qarşısını aldı. 598-ci ildə lanqobardlarla Roma papası arasında Lanqobardlarla Bizans arasında əsas qüvvələrdən istifadə etməmək haqda 30 il ərzində barışıq bağlanmışdı. Həmçinin Aqilulf Sutri və Perucanı öz ərazilərinə birləşdirdi, Bavariya hersoqluğu ilə yaxşı münasibət yaradaraq Ravennanı da tutdu. Bundan başqa o avarlar və slavyanlarla da mübarizə aparırdı. 598-ci ildə Roma papası Böyük Qriqorinin vasitəçiliyi ilə Bizans imperatoru Mavriki ilə sülh bağlamağa müəssər oldu. Qeyd edək ki, 599-cu ildə Ravenna ekzarxı (valisi) Kallinik (598-603-cü illər) kral Aqilulfla sülh bağlamışdı. İki il sonra, 601-ci ildə Kallinik kral Aqilulfun qızını oğurlayaraq (qaçıraraq) lanqobardları müharibəyə təhrik (sövq) edərək müqaviləni pozdu, buna görə də o Konistantinapola geri çağrıldı. Müharibə nəticəsində 602-ci ildə Bizans imperatoru Foka Paduya və Mantuyanı itirdi. 607-ci ildə Vestqot kralı Vitterix dörd dəfə kral Aqilulfla Avstraziya kralı II Teodebert və Neystri kralı II Xlotarla birgə Burqund kralı II Teodorix, nənəsi Brunqilda (frank kraliçası) və onun bacısının Teodorixlə kral Vitterixin qızının nigahına mane olduğuna qarşı ittifaq qurmağı təklif etmişdir. Lakin bu ittifaq o qədər də əhəmiyyətli olmadı, hərbi əməliyyatlar demək olar ki, aparılmırdı. Ancaq oda məlumdur ki, Narbonn yaxınlığında toqquşma olmuşdur. 605-ci ildə kral Aqilulf Bizansdan ona vergi verməyi və Orvietonu tələb etdi. Bizans imperiyası bu dövrdə slavyanlarla, ocümlədən Sasanilərlə müharibə şəraitində olduğu üçün bu tələblərlə razılaşmalı oldu. 610-cu ildə avarlar Friulya hersoqu II Qizulfu öldürərək İtaliyanın içərilərinə soxuldular. Lakin avarların hücumunun qarşısı çox çətinliklə də olsa alınmışdı. Aqilulf 615-cilin noyabırında (və ya 616-cı ilin mayında) öldü.
Adeloald
Aqilulfun ölümündən sonra azyaşlı oğlu Adeloald (616-625/26-cı illər) lanqobardların kralı seçildi. Lakin yaşının az olduğundan hakimiyyət anası Teodelindanın əlində idi. Tezliklə taxta oturan Adeloaldın dövründə lanqobardlar Bizansa güclü zərbə endirərək onlardan ağır vergilər ödəməyi tələb etdilər. Daha sonra lanqobardlar 616/617-ci ildə franklara vergi ödəməyi dayandırdılar. Adeloald və onun anası qətiyyətli dini siyasət aparırdılar. Ölkə iki dil zonasına: latın və alman, həmçinin üç dinə: katolik, bütpərəst və ariçilik istiqamətlərinə bölünmüşdü. Oğlu Adeloaldlə birlikdə Teodelinda lanqobardları katolisizmə yönəltməyə çalışırdı. Onuda qeyd edək ki, Adeloald 604-cü ildə Avstraziya kralı II Teodebertanın qızı ilə evlənmişdi. Lakin tezliklə Adeloaldın hərəkətlərində psixi pozğunluğun aşkarlanması müəyyən olundu və onun dövləti idəarə etmək iqtidarında olmadığı lanqobard zadəganları arasında narazılıq doğurdu. Beləliklə 625/26-cı ildə Adeloaldı və onun anasını sui-qəsd nəticəsində hakimiyyətdən devirdilər. Onların sonrakı taleyi haqda heç bir məlumat yoxdur. Lakin Bizans mənbələrində hakimiyyətdən devrildikdən sonra Adeloaldın Ravennaya qaçdığı və 626-cı ildə orada öldü bildirilir.
Arioald
Arioald (625/26-636-cı illər) lanqobard zadəganlarının köməyi ilə kral seçildi. Arioald həmçinin kral Aqelulfun qızı Qundiperqa ilə evlənmişdi. Lakin sonra onu Friulya hersoqu Tasson ilə sui-qəstdə ittiham edərək monastra verdi – bağladı (dustaq). Onun hakimmiyyəti dövrundə ariçilik bərpa olundu, İtaliyanın şimalına soxulmuş avarların basqınlarının qarşısı alındı.
Rotari
Arioalddan sonra hakimiyyətə Rotari (636-652-ci illər) gəldi. O, həmçinin əvvəl olduğu Breşiya hersoqu titulunu da daşıyırdı. Arioald kimi o da ariçiliyi dəstəkləyirdi. O, intizamı çox sevirdi və itaət etməyən zadəganları edam edirdi. Rotari 641-ci ildə Genuyanı, 643-cü ildə isə Bizansa aid olan Liquriyanı tutdu. O Po çay vadisinin aşağı hissəsində yerləşən bütün Bizans ərazilərini, həmçinin Odersonu da özünə birləşdirdi. Pavel Diakonu sözlərinə görə, “... Rotari romalıların bütün şəhərlərini Toskanadan frank sərhədlərinə qədər olan əraziləri tutdu...”. Rotari Ravenna ekzarxlığına da hücum etdi. Rüvenna ekzarxı Platon öz ərazilərini qaytarmağa çalışırdı, lakin onun ordusu Modena yaxınlığında Panora çayı sahilində məğlub oldular. Rotari onun adı ilə adlandırılmış “Rotari Fərmanı”nı (Edikt Rotari) dərc etdirdi (latın dilində) bu isə Lanqobard krallığının birinci hüquqi kodeksi hesab edilir. O, 642/43-cü ildə fərmanın qəbulunun təsdiq etməsi üçün qayretink (- - -) çağırdı. Rotari fərmanı yalnız lanqobardlara aid idi: romalılar Lanqobard krallığının hüquq sistemlərində Roma qanununun normalarının altında yaşamağa davam edirdilər. Rotari Monsedə 652-ci ildə öldü.
Rodoald
Rotaridən sonra taxta Rodoald çıxdı. Onun hakimiyyəti çox sürmədi, cəmi 5 ay hakimiyyətdə olan Rodoald kral Aqilulfun qızı Qundiperqa ilə evlənmişdi. Lakin 653-cü ildə öz məşuqələrindən biri tərəfindən öldürülmüşdür.
I Aripert
Katolik kilsəsinin vasitəçiliyi ilə Rodoalda ölümündən sonra taxta I Aripert (653-661-ci illər) çıxdı. I Aripert (Bavariya sülaləsinin nümayəndəsi) Asti hersoqu Qundoaldın (kral Aqilulfun arvadı Teodelindanın qardaşı) oğlu idi. O, katolizmi dəstəkləyən ilk Lanqobard kralı idi. Onun dövründə lanqobardlar demək olar ki, heç bir müharibə aparmırdı. O, çoxlu kilsələr tikdirirdi, xüsusən də Paviyada “Xilaskar”ın (İsa Məsihin) kilsəsini ucaltdı.
Qodepert
I Aripertdən sonra hakimiyyət iki oğlu Bertari və Qodepertə qaldı. Qodepert (Qundipert, Qodebert, Qodipert, Qotebert, Qotbert, Qosbert və ya Qottbert) (661-662-ci illər) I Aripertanın böyük oğulu idi. Ariçiliyi dəstəkləyən Qodepert Pavidə, qardaşı Bertari isə Milanda höküm sürürdü. Lakin Qodebert qardaşı ilə hakimiyyət uğrunda mübarizədə öz müttəfiqi I Qrimoald tərəfindən Pavidə öldürülmüşdü. Oğlu Raqinpert isə qaça bildi. I Qrimoald (662-671-ci illər) yeni kral oldu. Friulya hersoqu II Qizulfun oğlu olan I Qrimoald həmçinin Benevento hersoqu (651-662-ci illər) idi. 617-ci ildə Odersoda iki qardaşının öldürülməsindən sonra I Qrimoald sağ qalmış qardaşı Radoaldla birlikdə Beneventoya – onları oğulliğa götürən öz qohmu I Arexisin yanına qaçmışdı. 651-ci ildə Qrimoald öz qardaşı Radoalda ilə birlikdə Benevento hersoqluğuna varis oldu. Bundan əvvəl isə (642-dən 646-cı ilə qədər) onlar əqli cəhətdən zəif olan I Aiulf (I Ayo) (I Arexisin oğul) yerinə naib (canişin) təyin olunmuşdular. 662-ci ildə kral Qodepert ona öz qardaşı Bertariyə qarşı müharibədə kömək haqqında xahişlə müraciət etdi, amma Turins hersoqu Qaribaldın köməyi ilə Qrimoald sarayda onu öldürdü Bertari isə qaçı.
I Qrimoald
Qodepert və Bertari qardaşlarının hakimiyyətdən uzaqlaşdərəlmassından sonra Qrimoald özünü kral elan etdi və I Aripertanın qızı və Qodepertın bacısı ilə evləndi. Qrimoald sərkərdə istedadına malik idi və çox sərhəd müharibələrində müvəffəqiyyət qazanmış bacarıqlı hərbi rəhbər hesab edilirdi. Bizans imperatoru II Konstant ilə müharibədə o özü şəxsən orduya başçılıq edirdi. O, öz qoşunlarını kömək üçün Bizans tərəfindən mühasirəyə alınmış Beneventoya - I Rromualdun yanına göndərdi. I Romuald isə II Konistantın ölümdən sonra Cənubi İtaliyada baş vermiş Siciliya və Miziya üsyanlarından istifadə edərək Brindizini və Tarantonu tutdü. Qrimoald özü bu zaman Forlini (İtaliyanın şimalında) tutdu. Odersonu isə – hansı ki, 617-ci ildə satqıncasına onun qardaşları öldürülmüşdü, darmadğın edi. Forlini itirmək Bizans üçün xüsusilə ağır idi, çünki Qrimoald oranı Pasxa günündə tutmuşdu və yeri gəlmişkən, orada əhalinin qətliyamını təşkil etmişdi. Onu da qeyd edək ki, Qrimoald Benevetaya bizanslarla döyüşə gedərkən Pavidə hakimiyyəti idarə etmək üçün Friul hersoqu Lupu öz yerinə canişin (naib) təyin etmişdi. Lup kralın yoxluğundan istifadə edərək, bütün hakimiyyəti qəsb etdi. Pavel Dyakon yazdığı kimi: “özünü çox sırtıqcasına aparırdı”. Lakin kral Qrimoald Paviyə geri döndükdə Lup Friula qaçdı və orada ona qarşı qiyam qaldırdı. Qrimoald İtaliyada vətəndaş müharibəsinin qarşısını almaq üçün avar xaqanı ilə danışaraq onu Friul hersoqluğunu dağıtmağa yönəltdi. Tezliklə avarlarla döyüşdə Lup həlak oldu. Qrimoald III Xlotarın dövründə (uşaqlığı vaxtı) lanqobard ərazisinə soxulmuş frankları məğlub etdi. Qrimoald franklarla mübarizə aparmaq üçün Bertari və avarlarla birləşdi. O həmçinin İtaliyanın şimal-şərqində slavyanları məğlubiyyətə uğratdı, baronların üsyanlarını yatıraraq Friul və Spoleto hersoqluqlarının muxtariyyətini ləğv etdi. Qrimoald katolik ailəsində dünyaya gəlmişdi və papa hakimiyyətini dəstəkləyirdi, lakin, buna baxmayaraq o həyatının sonuna kimi ariçilik cərəyanına üstünlük verirdi. Tezliklə Qrimoald franklarla sülh müqaviləsi bağlandıqdan sonra öldü.
Qaribald
Atasının ölümündən sonra hakimiyyətə Qrimoaldın kiçik oğlu Qaribald (671-ci il) gəldi. Bir neçə həftəlik hakimiyyətdə olan Qaribaldın dövründə hakimiyyət faktiki olaraq onun atasının ətrafındakılar idarə edirdi. Lakin çox keçmədi Bertari hakimiyyəti ələ aldı, Qaribald isə sürgün olundu. Onun sonrakı taleyi haqqında praktik olaraq heç nə məlum deyil, lakin XX əsrdə Qaribaldın Liquriyaya qaçmasının izləri aşkar edilmişdir.
Bertari
Bertari (və ya Pertari 671-688-ci illər) bildiyimiz kimi I Aripertin oğlu idi, lakin atasının ölümündən sonra o, qardaşı Qodepertlə hakimiyyət uğrunda mübarizə aparırdı. Qodepert hakimiyyəti ələ almaq üçün ğz qardaşı Bertariyə qarşı Benevento hersoqu I Qrimalda ilə birləşərək onu devirmək istəsə də buna nail olmadı və tezliklə Qrimoald Qodeperti öldürərək hakimiyyətə gəlmişdi, Bertarini isə ölkədən qovmuşdu. Bertari Avar xaqanlığına qaçmışdı və burada o, Qrimoaldla mübarizə aparmaq üçün xaqan Kakaradan kömək istəmişdi. Onun arvadı Rodelinda və oğulu Kunipert Beneventoda sürgündə idi. Bertari Qrimoaldaya qarşı sui-qəsddən dərhal sonra oraya qayıtdı, amma yenidən qaçdı, bu dəfə isə Frank dövlətinə qaçdı. Lakin Qrimoald Bertarinin verilməsi haqqında franklarla müqaviləni imzaladı, Bertari buradaln Britaniyaya qaçmağa hazırlaşarkən Qrimoald öldü. 671-ci ildə Bertari sürgendən qayıtdı və bu vaxt hakimiyyət də olan Qremoaldın oğlu Qaribaldı devirərək lanqobard kralı oldu. Bertari katolizmi rəsmi din elan etdi, lakin papa hakimiyyətini tanımadı. Bizansla sülh bağladı. Trento hersoqu Alaqisin qaldırdığı üsyanı yatıraraq onu əsr etdi, lakin sonra buraxdı. O, hakimiyyəti illərində hərbi qələbələr yox aktiv dini siyasət həyata keçirirdi. 688-ci ildə o, sui-qəsd nəticəsində öldürüldü.
Kunipert
Bertaridən sonra hakimiyyətə gələn oğlu Kunipert (688-700-cü illər) də Alaqisin yenidən qaldırdığı üsyanla mübarizə aparmağa məcbur oldu. Alaqis əvvəlcə hakimiyyəti (688-689) ələ keçirdi və Kuniperti Komo gölündə yerləşən adaya sürgün etdi. Lakin Koronto yaxınlığında baş vermiş həlledici döyüşdən sonra Kunipert Peymont (şimal-qərbi İtaliya) döyşçülərinin köməyi ilə 689-cu ildə taxtı özünə qaytara bildi. Alaqis bu döyüşdə öldürüldü. Buna baxmayaraq Kunipertə qarşı üsyanlar qalxmaqda davam edirdi. Xüsusəndə Friul qəsbkarı Ausfridin qaldırdığı üsyan, lakin üsyan müvəffəqiyyətlə yatırdılmışdı. Kral Kunipert 700-cü ildə öldü.
Liutpert
Kral Kunipertin ölümündən sonra oğulu Liutpert (700-702) onun varisi oldu. Azyaşlı olduğu üçün hakimiyyəti müəllimi (naibi) Ansprandla birlikdə idarə edirdi. Lakin 8 aydan sonra hakimiyyəti Turin hersoqu Raqinpert (701) öz əlinə keçirsədə, Liutpert bir neçə aydan sonra taxtı özünə qaytara bildi. Amma tezliklə Raqinpertin oğul II Aripert tərəfindən əsir edilərək öldürüldü. Tarixçilərin verdiyi məlumata görə Aripert onu əsir alaraq hamamda boğmuşdur. Bundan başqa o, Liutperin naibi Ansprandı sürgün etdi, onun böyük oğlu Siqiprandı kor etdi, kiçik olğlu Liutprandı isə əvvəlcə həbsdə saxlayırdı, sonra atasının yanına göndərdi. Arvadı Teodoradı tutaraq onun gələcəkdə lovğalanaraq kraliça olacağına görğ onun üzünü pis hala saldı, burnunu və qulaqlarını kəstirdi. Həmçinin Ansprandanın başqa qohumlarını da müxtəlif üsullarla məhv etdi.
Raqinpert
Turin hersoqu Raqinpert 701-ci ildə hakimiyyəti ələ keçirsə də krallığı çox çəkmədi.
II Aripert
II Aripert 702-712-ci illərdə lanqobardların kralı oldu. Bununla yanaşı o həmçinin Turin hersoqu (701-712) titulunu da daşıyırdı. Qeyd etdiyimiz kimi II Aripert hələ 700-cü ildə tac qoyulmuşdu, lakin Liutpertin hakimiyyət uğrunda mübarizəsi buna mane olmuşdur. 703-cü ildə II Aripert artıq krallıqda hakimiyyətini möhkəmlətmişdi. Aripert həyatının son günlərinə qədər hakimiyyətdə oldu. Lakin onun hakimiyyət illəri heç də sakit keçmirdi. 703-cü ildə Spoleto hersoqu II Faroald Revanna ekzarxlığına hücum etdti. Aripert onu müdafiə etməkdən imtina etdi. Çünki o, Roma papası və Bizans imperatoru ilə sıx əlaqələr saxlamağa çalışırdı. O, papa VI İoannla dostluq münasibətində idi və müqəddəs taxt-taca geniş torpaqlar vermişdi. Lakin papa ilə dostluq Aripertə o qədər də kömək olmurdu. Krallığın daxilində baş vermiş üsyanlar, ölkənin şimal-şərq ərazilərinə slavyanların daimi basqınları çox narahatçılığa səbəb olurdu. 711-ci ildə Ansprand Bavariya hersoqu Teodebertin ona verdiyi böyük ordu və eləcədə yol boyu Venesiyanın və krallığın şərq rayonlarının sakinlərinin ona qoşulması ilə İtaliyaya qayıtdı. Rəqiblərin arasında döyüş Pavii yaxınlığında oldu. Aripert məğlubiyətini hiss edərək paytaxta qaçdı, Paviyə qaçan Aripert burada xəzinəsini toplayaraq Qalliyanın içərilərinə doğru qaçmağa cəhd etsə də gecə vaxtı Tiçino çayını keçərkən boğularaq öldü.
Ansprand
İki rəqib arasında gedən mübarizədə qələbə qazanan Ansprand tezliklə yeni kral elan edildi. Lakin onun da hakimiyyəti çox çəkmədi 712-ci ilin martında vəfat etdi.
Liutprand
Ansprandın ölümündən sonra Krallıq (13 iyun 712 ildə) onun yeganə sağ qalmış kiçik oğlu Liutpranda keçdi. Kral sarayının strukturunun möhkəmləndirilməsi, siyasi sistemin transformasiyası, reyestrin (müasir hökumətin orta əsr ekvivalenti) genişlənilməsinin ölkənin ehtiyaclarının təminatı məqsədi ilə tez-tez yazılı sənədlərindən istifadədə edilirdi. Həmçinin sarayın idarə olunmasında da bəzi dəyişikliklər edilmişdir. Sarayın idarəsində əsas vəzifələr Marşal (strator o marphais), silahdar (spatharius), xəzinədar (vesterarius), saray icratçısı (mer) və idarə başçısı təin olunmuşdu. Kral sarayı (sacrum palatium) və onun əhatəsi paytaxtda xüsusi müqəddəs xarakter daşıyırdı. Məhkəmə binası və xalqın illik yığıncağı bu postulat əsaslanırdı. Liutprandın vaxtında Pavidə tikinti sürətlə inkişaf edirdi və şəhər arxitektura mərkəzinə çevrilmişdi. Liutprand regional hakimiyyət orqanlarının yenidən təşkil etməsini keçirdi, iyerarxiyanı və ədalətlin daha da möhkəmlənməsi üçün məhkəmə sisteminin funksiyalarını müəyyən etdi, hərbi və təhlükəsizlik sistemini yaxşılaşdırdı. Liutprand regional hakimiyyət orqanlarının yenidən təşkil etməsini keçirdi, iyerarxiyanı və ədalətlin daha da möhkəmlənməsi üçün məhkəmə sisteminin funksiyalarını müəyyən etdi, hərbi və təhlükəsizlik sistemini yaxşılaşdırdı. Skuldxayslar kənddə ədaləti təmin edirdilər və vergi yığırdılar, dekanlar və saltarlar kənd yeri üçün məsuliyyət daşıyırdılar, mer ona tapşırılmış şəhər üçün cavabdeh idi. Hersoqlar və hərəmağalar şəhərlərin, yeparxiyaların və onların şəhər ətrafılarının üzərində hakimiyyəti həyata keçirirdilər. Hakimlər qanun pozuntuları və özbaşınalıqlar haqqında krala birbaşa məlumat verirdilər, onlar yerli hakimiyyətin özbaşınalığını aradan qaldırırdılar. Liutprand kral hakimiyyətini yalnız özünə tabe edərək məhkəmə sistemini və idarə strukturlarını möhkəmləndirirdi. Liutprand hakimiyyətinin ilk vaxtlarında Lanqobard krallığı qanun külliyyatını qəbul etdi. Rotari Fərmanı (edikt rotari) bu sferada Liutprand idarəçiliyinin başlanğıcı üçün bir sıçrayış idi. 713 və 735 illər arasında 12 cilddə 150-dən çox qanun qəbul edilmişdir. Yenilənmiş hüquqi islahatlar Roma qanunlarına əsaslanırdı. Çoxsaylı ölçülər Lanqobard krallığının qanunvericiliyində çatışmazlıqların aradan qaldırması üzrə hazırlanmışdı. Bundan sonra əsas funksiyayla dövlət "ilahi iradənin icrası" idi. Yeni qanunların qəbulu üzrə işlər hər il Pavidə martın 1-də aparılırdı. Liutprand yeni qanunları təqdim edirdi və hersoqlarla, hərəmağasılarla (xədimlərlə) və döyüşçülərin iştirak etdiyi yığıncaqda qəbul olunurdu. Liutprandın hakimiyyəti illərində Lanqobard krallığı bir sıra müvəffəqiyyətli hərbi yürüşlər həyata keçirdi. Bizansla döyüşlərdə bir sıra uğurlar əldə etmişdilər, mavrların basqınlarının qarşısı alınmışdı, böyük üsyanlar yatırılmışdı. Lakin bir sıra hüçular aparılmasına baxmayaraq Liutprand bütünlükdə İtaliyanı özünə birləşdirməyə müəssər olmadı. Liutprand hakimiyyətinin ilk illərində Ravenna ekzarxlığına və eləcə də Papa hakimiyyətinə hücum etmədi. Lakin bu zaman (726-cı ildə) III Leo İsavrin təkidi ilə Bizans imperatoruluğu İconoclasma (İkonoklas- ənənələrə qarşı çıxma) başladı. Papa II Qriqori xalqa müqavimət göstərməyi əmr etdi, Neapolun Bizans hersoqu Eksillartus bütün ikonaları məhv etməyə çalışsada kütlə tərəfindən məhv edildi. Liutprand Bizansa məxsus olan Emili mülkləini tutmağa qərar verdi. 727-ci ildə o, Po çayını keçərək Emili və Pantopolisin Boloniya, Osimon, Rimini, Ankonanı və digər şəhərlərini tutdu. O həmçinin, Ekzarxlığın dəniz portu olan Klassisi də tutdu, lakin Revannanı tuta bilmədi. Ekzarx Pavel qiyam qaldırsa da tezliklə qiyam vaxtı öldürüldü. Liutprand Ravennanı yalnız 737-ci ildə öz kontrolu altına ala bildi, lakin Roma Papası stus-kvonu saxlaya bildi. 732-ci ildə Perucanın bizans hersoqu Aqafon Bolonyanı qaytarmağa çalışsada buna nail ola bilmədi. 742-ci ildə Liutprand Umbriya şəhərlərini (Narni, Bler, Orte, Bomarso və Terni) işğal etdi, lakin növbəti ildə onları Roma Papası Zaxariyə geri qaytardı. Korsikaya birinci mavritan basqınları 713-719-cu illərdə Balear adalarından başlanmışdı. Bizansın hakimiyyəti altında olmasına baxmayaraq, Katolik kilsəsinin müdafiəçisi rolunda çıxış edərək, Liutprand adanı öz idarəçiliyi altına aldı. Korsika hətta Frankların Lanqobard krallığını süquta yetirdikdən sonra da lanqobardların əlində idi, belə ki, burada lanqobard mülkədarları və kilsə əhəmiyyətli rola malik idi. Bundan başqa slavyanların Firula hücumlarının qarşısı müvəffəqiyyətlə alınmışdı. Xalqın Liutpranda qarşı sevgisinə baxmayaraq, sarayda onun hakimiyyətinə qarşı çıxanlar və hətta ona qarşı sui-qəsd də həyata keçirənlər vardı. 712-ci ildə öz qohumu Rotari tərəfindən hazırlanmış sui-qəsd buna misal ola bilər. Lakin möcüzə nəticəsində xilas olan Liutprand cinayətkaları tutsa da sonradan onları əfv etdi. 732-ci ildə II Romualdın (Benevento hersoqu) ölümündən sonra kral (Liutprand) Beneventoda hersoqun varisi Qizulfun azyaşlı olmasından istifadə edərək hakimiyyəti ələ keçirmiş Adelaislə qarşılaşmalı oldu. Lakin Liutprand fərman imzalayaraq Qizulfu tam hüquqlu hakim elan etdi, Adelais isə bununla razılaşmalı oldu. Mərkəzi hakimiyyətin möhkəmləndirilməsi işində daha bir təhlükənin aradan qaldırılması lazşm gəlirdi. Friulya hersoqu Pemmo patriarx Akvilei Kallistoya qarşı mübarizə aparırdı. Nəticədə hersoq Pemmo devrilərək gələcək kral Ratxislə əvəz edilmişdir. 739-cu ildə daha bir çevriliş baş verdi ki, bununda başında Spoleto hersoqu Trazimund dururdu. Liutprand Spoletoya gələrək gərginliyi aradan qaldırdı və Hilderiki yeni hersoq təyin etdi. Trazimund isə öz xilasını papa III Qriqorinin yanına qaçmaqda gördü. Liutprand Romanı mühasirəyə aldı, və Roma zadəganlığına lanqobardların ənənələrinə tanımağa əmr etdi. Həmin ilin avqustunda Liutprand Paviya qayıtmazdan əvvəl Umbriyanın Ameliya, Orte və digər şəhərlərini tutdu. Liutprand buranı tərk etdikdən sonra papa frank mayordomu Karl Martellin köməyindən yararlanaraq burada təşəbbüsü öz üzərinə götürdü, Trazimund Spoletonu işğal etdi və Xilderiki öldürdü. Eyni zamanda Benevento hersoqu Qriqori öldü, və onun yerinə Qodeskalk seçildi. Liutprand belə böyük ərazi itkiləriylə razılaşmayaraq Ravennaya və Roma knyazlığına hücum etdi. 741-ci ildə papa III Qriqori öldü, onun varisi Zaxariya (741-752) dörd qalaya Trazimundanı dəyişməyi təklif etdi. 742-ci ildə Liutprand cənuba doğru hərəkət etdi burada Fanonun və Spoleto Fossombrone yanında bizans ordusuyla rastlaşdı. Hər iki döyüşdə qalib gələrək Spoletoya yeridi, Trazimundanı tutaraq həps etdirdi, daha sonra onu monastra göndərərək keçmiş Kyuzi hersoqu Aqiprandla yerini dəyişdi. Benevento hersoqu Qodeskalk qaçmağa cəhd edərkən öldürüldü, onun yerini Qizulf tutdu. Beləliklə, Liutprand Benevento və Spoleto hersoqluqlarını tabe etdi. Bertarinin ölümündən sonra Lanqobard kralları başqa avropa krallıqlarıyla münasibətlərə az diqqət ayırırdılar. Liutprand əksinə, Bavariyayla və Franklarla əlaqələri genişləndirirdi. Öz hökmranlığının əvvəllərindən Liutprand öz qonşularıyla dünyanın saxlanması üçün bütün səyləri yönəldirdi. 717-ci ildə Bavariyada baş vermiş daxili münaqişənin yatırılmasında Liutprand arvadı Quntrud öz qardaşna kömək etməsi lanqobardların Meranonun sərhəd zonasında bir neçə məntəqənin tutmasına şərait yaratdı. Frank krallığında Merovinqlərin hakimiyyətdə olmasına baxmayaraq dövləti Karolinqlər idarə edirdi. Karolinqlərlə Lanqobardlar arasında düşmənçilik isə lap əvvəllərdən mövcud idi. Lakin 725-ci ildə Karl Martell Bavariyadakı hadisələrə qarışması və kraliça Qutrudun qohumu ilə evlənməsi iki krallıq arasındakı münasibətlər genişləndi. 737-ci ildə Frank hakimiyyətini de-fakto idarə edən Karl Martellin öz oğlu Kiçik Pipini Lanqobard krallığına göndərməsi ilə iki ölkə arasında əlaqələr daha da genişləndi. Liutprand Gödək Pipini hörmətlə qarşılayaraq ona etiram göstərdi, üzünü qırxdıraraq çoxlu hədiyyələrlə atasının yanına geri göndərdi. 738-ci ildə şimalda sakslarla, eyni zamanda cənubda ərəblərin hücumlarının qarşısını almaqda yardım üçün Liutpranddan kömək istədi. Liutprand öz ordusunu səfərbər etdi, Provansa daxil oldu və işğalçıları qaçmağa məcbur etdi. Bu qələbə onun şöhrətini daha da artırdı. Liutprand 744-cü ildə vəfat etdi.
Qildeprand
Liutpranddan sonra hakimiyyətə Qildeprand gəlsə də hakimiyyətdə çox qalmadı, həmin ilin avqustunda vəfat etdi. O, Liutprandla birlikdə 734-cü ildə Revanna müharibəsində iştirak etmişdi.
Tarix: 26.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 568 Bölmə: Almaniya tarixi