Şimali Alman İttifaqı
Şimali Alman İttifaqı (alm. Norddeutscher Bund) — 1867-ci ildə yaradılıb. Mayn çayından şimalda yerləşən bütün alman dövlətlərini birləşdirirdi. 1871-ci ildə yaradəlan Almaniya imperiyasının sələfi idi.
1866-cı ildə Avstro-Prussiya-İtaliya muharibəsindən sonra 1815-ci ildə yaradılmış və Avstriyanın əsas rol oynadığı Alman İttifaqı dağıldı. Yeni Şimali Alman İttifaqında Mayn çayından şimalda yerləşən alman dövlətləri birləşdilər. Bavariya və Avstriya bu ittifaqa daxil olmadılar.
1871-ci ildə baş verən Fransa Prussiya müharibəsindən sonra Bavariya, Vyurtemberq və Baden də ittifaqa qoşuldular. Yeni ittifaq artıq Almaniya İmperiyası adlandırıldı, onun birinci imperatoru isə I Vilhelm oldu.
Tarix: 26.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Almaniya tarixi
loading...