Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yatvyaqlar

Yatvyaqlar və ya Sudlar — etnik cəhətdən litvalılara yaxın qədim prus tayfası. Narev çayının yuxarı axarları ilə Neman çayının orta axarı arasında məskunlaşmışdılar. Yatvyaqların yaşadıqları ərazi Sudoviya adlanırdı. Sud tayfası haqqında ilk dəfə e.ə. II əsrdə yaşamış Roma tarixçisi Tasit məlumat vermişdir. "Yatvyaq" etnoniminin adı ilk dəfə rus-Bizans müqaviləsində (944) çəkilir. Yatvyaqlar əkinçilik, ovçuluq və balıq tutmaqla məşğul olmuşlar. Sənətkarlıq da inkişaf etmişdi. Qədim Rus dövləti yarandıqdan sonra yatvyaqlar üzərinə Kiyev və başqa rus knyazlarının yürüşü (983, 1038, 1112, 1113, 1196) başlandı. 1283-cü ildə yatvyaqların ərazisini Tevton ordeni işğal etdi. Yatvyaqların ərazisinin bir hissəsi Litva dövlətinin tərkibinə daxil oldu.


Tarix: 26.02.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 274 Bölmə: Almaniya tarixi
loading...