Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Praynfalk

Aleksandr Praynfalk — İkinci Dünya Müharibəsi zamanı Üçüncü Reyxin hərbi hava qüvvələri olan Lüftvaffedə xidmət etmiş as-pilot və Cəngavər Dəmir Xaçı mükafatı laureatı.

Həyatı
1920-ci ilin 6 fevralında Bakıda Azərbaycan almanları ailəsində anadan olmuşdur. Sovet hakimiyyətinin qurulmasından sonra ailəsi ilə Almaniyaya köçən Fraynfalk 1941-ci ildə təhsilini başa vuraraq Üçüncü reyx hərbi hava qüvvələrinə daxil olmuşdur. Fəaliyyətinə JG-51 eskadronu ilə başlayan Aleksandr daha sonra yaralanmış və 1942-ci ildə JG-77 eskadronuna keçmişdir. Məhz bundan sonra Aleksandrının şöhrəti artmış, 13 sentyabr 1942-ci ildə Lüftvaffe şərəf kubokunu qazanmışdır. 3 oktyabr 1942-ci ildə Alman xaçı mükafatını, 14 oktyabr 1942-ci ildə 50dən artıq təyyarə vurduğu üçün Cəngavər Dəmir Xaçı mükafatını, 19 oktyabr 1942-ci ildə isə Dəmir Xaç mükafatını qazanmışdır. Bundan sonra o Afrika kampaniyasına transfer edilmiş, 71-ci və son təyyarəsini 1943-cü il 26 apreldə vurmuşdur. 1943-cü ilin iyunundan pilotluq peşəsinə bir müddət ara vermiş və tədrislə məşğul olmuşdur. 1944-cü ilin avqustunda yenidən pilotluğa qayıtmış, 12 dekabr 1944-cü ildə Baden səmalarında amerikan pilotu tərəfindən təyyarəsi vurulmuşdur.


Tarix: 27.02.2015 / 17:12 Müəllif: Feriska Baxılıb: 190 Bölmə: Almaniya tarixi
loading...