Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moisey ben Aaron Şirvani

Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Aqron" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir. Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır.


Tarix: 11.02.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Şirvanşahlar dövləti
loading...