Şirvanşahlar dövləti → I Güştasp
I Güştasp və ya I Gərşəsb – Şirvanşahlar dövlətinin iyirmi beşinci hökmdarı, Şirvanşah I Fərruxzadın oğlu. Şirvanşah I Güştasp öz iyrənc və əxlaqsız həyat tərzi ilə bütün digər Şirvanşahlardan fərqlənmişdir.
Fəaliyyəti
I Fərruxzad ibn Mənuçöhrün qısamüddətli hökmranlığından sonra hakimiyyətə onun oğlu Gərşəsb ibn Fərruxzad keçmişdir. Onun adından kəsilmiş bir neçə variantlı, lakin eyni məzmunlu aşağı əyarlı xeyli, əsasən mis sikkələr qalmışdır. Üz tərəfində həmişəki kimi, dini rəmz və möminlərin hökmdarı xəlifə ən-Nasir-lidin – Allahın (h.575- 622 (1180-1225)-ci illər) adı durur. Əks tərəfındə eyni dini rəmz təkrar olunmuş, onun altında isə "əl-məlik əl-müəzzəm Gərşəsb ibn Fərruxzad, ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk edilmişdir. Gərşəsb ibn Ardı »