Tamaranın bacısı İsmətəddin Səfvətəddin Səfvət-İslamla (ö. 1192) evlənmişdir. Axsitanın dörd qızı və iki oğlu olmuşdur. Xaqani Axsitanın Gürcüstana səfəri zamanı ona yazdığı məktubda Şirvanşahın körpə oğlu "Məlik Fəxr əd-Dünya və-d-Din oğlu məlik Əbül Fəth Məhəmməd şah"ın adını çəkir. Xaqani Şirvanın vəliəhdinin tərbiyəçisi və müəllimi olmuşdur. Axsitanın bu oğlu uşaq ikən, 1176-ci il axırlarında Şirvanda ölmüşdü. Axsitanın arvadı təqribən 117t-cı ilin axırında, yaxud 1177-ci ilin əvvəlində bir oğlan da doğmuşdu. Bu, Nizaminin "Leyli və Məcnun" poemasında oğlu Məhəmmədi etibar etdiyi vəliəhd idi. O vaxtlar Mənuçöhr adlanan şahzadənin təqribən 11-12, Nizaminin oğlunun isə 14 yaşı vardı. H.571 (1176)-ci ildən Təbrizdə yaşayan Xaqani oğlu olması münasibətilə Şamaxıya məktub yazaraq, Axsitanı təbrik etmiş, o isə əvəzində şairə hədiyyələr göndərmişdi. Qızlarından birinin Əmir Əmiran Ömərə nişanlandığı bilinir, digər üç qızının adı isə naməlumdur. Hamısı 1192-ci ildə zəlzələdə vəfat etmişlər.
Hələ Məzyədilərin Şirvanın qədim torpaqlarından saydıqları Dərbəndə gəlincə, Axsitan onu öz nüfuzuna tabe etdirmək məqsədilə gürcü hökmdarı I Demetrinin (1125-1156) kürəkəni olan Dərbənd əmiri Əbül Müzəffər Seyf əd-Dinin qızı və əmir Bəybarsın bacısına evlənmişdi. Beləliklə, I Axsitanın arvadı İsmət əd- Din Səfvət əd-Din Səfvət əl-İslam Axsitanın dayısı qızı (anasının qardaşı I Demetrinin qızı) və gürcü hökmdarı III Georginin bacısı qızı (Axsitanın dayısı oğlu III Georginin bacısı qızı) idi. Bu nikahla Axsitan həm Dərbənd hakimləri, həm də gürcü hökmdar evi ilə qohumluq və müttəfiqlik münasibətləri yaratmışdı.
Tarix: 11.02.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 173 Bölmə: Şirvanşahlar dövləti