Qasım mirzə Dərbəndi
Qasım Mirzə — Şirvanşah şahzadəsi.
Həyatı
Osmanlıya mühacirət etmiş Şirvan əsilzadələrindən idi. Əvvəlki şahlarla dəqiq əlaqəsi bilinməsə də Dərbəndilər sülaləsindən idi. 1554-cü ildə Kəffə-Dağıstan-Dərbənd yolu ilə Şirvana hücum etmişdi.Şirvan zadəganları və əhalisi vilayətin bəylərbəyliyi Abdulla xan Ustaclıdan uzaqlaşaraq Qasım Mirzəyə qoşuldular. Təngəaltı kəndində Abdulla xana qalib gəlmiş, daha sonra Qəleybuğurdu ələ keçirərək 40 gün burda qalmışdı. 12.000 əsgər toplamışdı. Gülüstan qalasına hücumu baş tutmadı və Abdulla xan ordusu tərəfindən məğlub edildi. Özü isə qaçdı.
Tarix: 11.02.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Şirvanşahlar dövləti
loading...