Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tamar (Şirvan məleykəsi)

Həyatı
İlkin həyatı barədə məlumat çox az qalmışdır. XII əsrə aid "Çarlar çarı Davidin həyatı" Tamar və bacısı Katanı müvafiq olaraq "Şərqin və Qərbin çırağı" adlandırır və bununla Tamarın III Mənuçöhrə, Katanın isə Trapezund şahzadəsi, sebastokrator İsaak Komnenosa evlənməsinə işarə edir. Bu evlilik 1112-ci ildə baş tutmuşdur.

Evliliyin siyasi önəmi
Şirvanşah I Əfridunun IV David ilə qohumluğu sayəsində Gürcülərlə ittifaq qurulmuş oldu, həmçinin Gürcüstan Səlcuqlara qarşı Şirvanşahlar kimi bir müttəfiq, Şirvanşahlar isə qıpçaqlara qarşı onlara ölkəsində yaşamağa verən Gürcüstan çarlı kimi siyasi müttəfiq tapdılar.

Oğulları ilə münasibəti
Ziya Bünyadova əsasən Mənuçöhrdən sonra taxta çıxan bütün Şirvanşahlar Tamarın oğulları olmuşlar. Mənuçöhrün ölümündən sonra Şirvanda taxt uğrunda mübarizə başlamış, Tamar da öz kiçik oğullarından birini dəstəkləmişdir. Qıpçaq muzdlularının köməyindən istifadə edən Tamar Şirvanı Gürcüstanın bir hissəsinə çevirmək fikrində idi. Lakin şahzadə Axsitan Eldənizlərin köməyi ilə qalib ayrılmış və anasını kiçik qardaşı ilə birgə Gürcüstana sürgünə göndərmişdir. 1152-ci ildə artıq Tiğva monastırında rahibə idi. Ölümü barədə məlumat yoxdur. Lakin 1161-ci ildə qardaşıoğlu III Georgi ilə görüşdüyünü məlumdur. Oğlu daha sonra xaç suyuna salınmış və torpaq verilmişdir. Şervaşidze sülaləsinin əsası bu kiçik oğuldan başlayır.


Tarix: 11.02.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 111 Bölmə: Şirvanşahlar dövləti
loading...