Fəaliyyəti
Şirvanşah Əbu Mənsur ibn Yezidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yezid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü.
Ailəsi
Bir qızı var idi, Səlcuq əmiri Qaratəkin ilə evlənmişdi.
Tarix: 11.02.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Şirvanşahlar dövləti