Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Məhəmməd ibn Yezid

Məhəmməd ibn Yezid – Şirvanşahlar dövlətinin beşinci hökmdarı, Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin atası.
Fəaliyyəti
Bu Şirvanşah haqqında mənbələrdə cüzi məlumatlar qalmış, onun adı keçəri olaraq anılmışdır. "Tarix-i əl-Bab"da onun haqqında deyilir: "Bir müddətdən sonra Yezid öldü və onun yerinə oğlu Məhəmməd ibn Yezid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra (təqr-h.305 (917)-ci il - SA.) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi."

Şübhələr
Vladimir Minorski "Şirvan və Dərbəndin tarixi" əsərində dediyinə görə Məhəmməd ibn Yezid Şirvanşah ola bilməz, çünki o Şirvanşah Heysam ibn Xalidin nəslindən deyil, əksinə Layzanşah Yezid ibn Xalidin oğludur. Buna görə də Məhəmməd ibn Yezid Şirvanşah sayılmalıdır.


Tarix: 11.02.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Şirvanşahlar dövləti
loading...