Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vladimir Qafarov

Qafarov Vladimir Əbüləzim oğlu — şair, tərcüməçi, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycanın Əməkdar incəsənət xadimi(1989)

Həyatı

Vladimir Qafarov 1935-ci il mayın 19-da Sabirabad şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1952-1957).

Əmək fəaliyyətinə "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru kimi başlamışdır (1959-1960). "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi (1960-1963), "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri (1967), "Bakinski raboçiy" qəzetində şöbə müdiri olmuşdur. Sonra bütün qüvvəsini yaradıcılığa həsr etmişdir.

Bədii yaradıcılığa 1952-ci ildə "Oğul" adlı ilk mətbu şeri ilə başlamışdır. Bundan sonra istər respublikada, istərsə də onun hüdudlarından uzaqlarda əsərləri müntəzəm çap edilmişdir. "Gəlin", "İki qala", "Lermontov, 123", "Bürünc külək", "Küləkli alov" və digər kitabları oxucuların rəğbətini qazanmışdır. Poetik tərcüməyə böyük əhəmiyyət vermişdir. Azərbaycan el ədəbiyyatı, klassik aşıq poeziyası və sovet şeri incilərini seçib ruscaya çevirmişdir. Əsərlərini Azərbaycan və rus dillərində yazmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir (1968-1985).

2000-ci il iyulun 19-da vəfat etmişdir.

Əsərləri
1.Невеста. Баку, Азернешр, 1961, 60 стр.
2.Две крепости. Баку, Детюниздат, 1963, 71 стр.
3.Lermontov, 123, B., Azərnəşr, 1965, 130 səh.
4.Бронзовый ветер. Баку, Азернешр, 1968, 147 стр.
5.Огонь на ветру. Баку, Гянджлик, 1972, 88 стр.


Tarix: 19.01.2013 / 16:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 263 Bölmə: Şairlər və Yazıçılar
loading...