Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Tanrıverdiyev

Tanrıverdiyev Vaqif Əzim oğlu - publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), "Qızıl qələm" mükafatı laureatı (1980).Mündəricat
1 Həyatı
2 Əsərlərı
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Vaqif Tanrıverdiyev 1952-ci il noyabrın 1-də Gəncə şəhərində anadan olmuşdur. Burada 41 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971-1976). Əmək fəaliyyətinə "Gəncənin səsi" qəzetində müxbir kimi başlamışdır. Sonra burada şöbə müdirı vəzifəsində işləmişdir (1976-1988). Azərbaycan Dövlət Politologiya İnstitutunda təhsilini davam etdirmişdir. Gəncə şəhər Komitəsındə təlimatçı, Gəncə şəhər icra hakimiyyətində məsləhətçi, sonra orada icra hakimiyyəti başçısının müavini işləmişdir (1990-1993). "Yeni Samux" qəzetinin redaktoru olmuşdur (1994). Hazırda "Respublika" qəzetində bölgə müxbiri vəzifəsində çalışır (1995-ci ildən).

Tələbəlik dövründən mətbuatda oçerk və publisistik məqalələrlə çıxış edir. Mediya müsabiqələrində mükafatlar almışdır. Ombudsmanın "İnsan hüquqlarının müdafiəsi" mövzusunda keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.

Əsərlərı
1.Gəncə qonaqların gözü ilə. Gəncə: Gəncə, 1991, 65 səh.
2.Gəncə söhbətləri. Bakı: Günəş, 2003, 221 səh.

Filmoqrafiya
Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007)


Tarix: 19.01.2013 / 16:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Şairlər və Yazıçılar
loading...