Maşayev Tahir İslam oğlu — şair, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 Televiziya filmləri
4 Əsərləri
Həyatı
Tahir Maşayev (Talıblı) 1948-ci il fevralın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini APİ-nin fılologiya fakültəsində davam etdirmişdir (1968-1972). Həmin ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, sonra isə orta məktəbin direktoru işləmişdir (1972-1988). Erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur (1988). Həmin ildən Bakı şəhərində yaşayır.Ailəlidir,3 övladı var.
Savalan Talıblının atasıdır.
Fəaliyyəti
1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur. "Yeni fikir" qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru işləmişdir (1992-1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmışdır (1993)
1993-cü ildən isə Azərbaycan radiosunda "Xalq yaradıcılığı" redaksiyası yaradılıb.Redaksiya iki şöbədən: "Xalq yaradıcılığı", "Sənət və etnoqrafıya'" şöbəsindən ibarətdir. Xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə çıxır. "Bulaq", "Gündoğandan günabatana", "Yazıya pozu yoxmuş", "Xeyrə qənşər", "Aşıq gördüyün çağırar" ,"Yerin-yıırdun adın andım", "İlmə", "Şirvan nəfəsi", "Divani saz-söz moclisi", "Dastan saatı", "Qərib axşamlar", "Şirvan şikəstəsi", "Tərəkəmə" folklor rəqs toplusu, "Yurd yeri", "Soyumuz-soykökümüz" Irəvan Cuxuru kimi verilişləri yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.
1969-cü ilin noyabrında ilk dəfə efirə çıxan "Bulaq" verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb, araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan "Bulaq" verilişi 1993-cü ilə qədər "Ədəbiyyat" redaksiyasının tərkibində fəaliyyət göstərib.Artıq 15 ilə yaxındırki Tahir Talibli "Bulaq" verilişinin ssenari müəllifidir.
"Xalq yaradıcılığı" redaksiyasının verilişlərində xalq yaradıcılığının müxtəlif sahələri araşdırilir, etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səslənir.Azərbaycan radiosıınun "Xalq yaradıcılığı" redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalqlarının, türk soylarının folklor niimunələrindən geniş söhbət açırlar. Üzü Şumerdən bəri gələn Şu, Bilqamış, Dədə Qorqud, Koroğlu, alpamış Koblantı Batır, Ural-Batır, Altun Arıq, Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur."Ustad nəfəsi", "Divani saz söz məclisi", "Dastan saatı"Irəvan Çuxuru,Yurd yeri verilişlərində aşıq sənətimiz yaradıcı şəkildə araşdırılır.
"Xalq yaradıcılığı" redaksiyasının baş redaktorudur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10.11.2011 tarxində “Əməkdar Jurnalist” adi ilə təltif olunub
Televiziya filmləri
"Aşıq Məhəmməd Sadaxlı" (2003)
Filmin üzərində İşləyənlər :: Ssenari Müəllifi : Tahir Talıblı : Rejissor : Miri Rzayev : Operator : Adil Abbasov , Mahir Cahangirov : ... 2 KB (146 sözlər) - 09:29, 27 Aprel 2008
"At igidin qardaşıdır" (2002)
Filmin üzərində İşləyənlər :: Ssenari Müəllifi : Tahir Talıblı : Rejissor : Oqtay Əlizadə : Operator : Oqtay Əlizadə , Ziya Babayev : ... 2 KB (144 sözlər) - 11:16, 21 May 2008
"Deportasiya" (2001)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 3 KB (231 sözlər) - 12:26, 10 May 2008
"O quzeylər" (2000)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Assistent : Ruslan Vəliyev : Montaj edən : Rauf Sultanov : Direktor : Valeh Həsənli (Valeh Həsənov ... 2 KB (149 sözlər) - 06:54, 26 Avqust 2008
"Deportasiya". V Film (film)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008
"Deportasiya". IV Film (film)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008
"Deportasiya". III Film (film)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008
"Deportasiya". II Film (film)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008
"Deportasiya". VI Film (film)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 23:22, 2 May 2008
"Deportasiya2. VII Film (film)
Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 23:22, 2 May 2008
Əsərləri
1.Sevgi harayı. Yerevan: Sovetakan qroğ, 1982, 36 səh.
2.Yazılmamış şerlər. Yerevan, Sovetakan qroğ, 1984, 80 səh.
3.Yollara çıxmışam. Bakı: Yazıçı, 1986, 45 səh.
4.Bizi yurd saxlar. Bakı: Yazıçı, 1992, 120 səh.
5.Əziz Əliyev. Bakı: Azərnəşr, 1996, 352 səh.
6.Bu tale dediyin (şerlər). Bakı: Azərbaycan Türkiyə Birgə Poliqrafiya Şirkəti, 125 səh.
Tarix: 19.01.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 538 Bölmə: Şairlər və Yazıçılar