Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Nəbioğlu

Sabir Nəbioğlu – tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru.

Sabir Nəbi oğlu Əmirov 1926-cı il sentyabr ayının 29-da Şuşa şəhərində anadan olmuşdur. 1937-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüşdür. Təhsilini "Homam" adına məktəbdə (1939-1943) fars dilində və sovet məktəbində (1943-1946) davam etdirmişdir.

1946-cı ildə Azərbaycan Milli Hökuməti Sabir Əmirovu Bakı Piyadalar Məktəbinə oxumağa göndərmiş, burada o, bölmə komandirinin müavini olmuş və məktəbi kapitan rütbəsində bitirmişdir (1947).

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursunu və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini (1953) fərqlənmə diplomu ilə bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. Universitetdə təhsil aldığı illərdə Azərbaycan Demokrat Firqəsinin ilk partiya təşkilatının sədri, İranlı siyasi mühacirlər cəmiyyətinin "Cavanlar" təşkilatının sədri olmuşdur (1957-1975).

Sabir Nəbioğlu Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin şöbə müdiri (1967-1994), Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti İdarə Heyətinin məsul katibi (1967-ci ildən) vəzifələrində çalışmışdır.

"Cəlil Məmmədquluzadənin felyetonları (1905-1906)" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi – alimlik dərəcəsi almışdır.

1996-cı ildən AMEA Ədəbiyyat İnstitutunda çalışır. 2003-cü ildə "Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Çoxlu sayda elmi əsərin, o cümlədən Şəhriyar, Səhənd, Səməd Behrəngi və Qulamrza Təbrizi haqqında monoqrafiyaların müəllifidir


Tarix: 19.01.2013 / 15:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Şairlər və Yazıçılar
loading...