Fəridə Ləman — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi.
Həyatı
Fəridə Ləman 30-dan çox kitabın müəllifidir. İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
Yaradıcılığındakı xidmətlərinə görə - "General Həzi Aslanov" adına (fəxri diplom, 1995); "Xanqızı Natəvan" adına (diplom, 1995); "Araz" ali ədəbi mükafatı (1999); "Qızıl qələm" mükafatı (2000); "Həsənbəy Zərdabi" mükafatı (2000); "Əlağa Şıxlinski" adına diplom (2004); "Milli Heysiyyət" və "Qopuz" (2006) fəxri diplomları almış, müxtəlif fəxri fərman, təltifnamə, təşəkkürnamələrə layiq görülmüşdü.
1997-ci ildə "Sevil" Qadınlar Məclisi poeziya klubunun rəhbəri, 1998-ci ildə "Xatun" ədəbi Məclisinin sədri olmuşdur; 2001-ci ildə "Məhsəti" Şairlər Məclisini yaradıb; 2003-cü ildə eyni adlı "Məhsəti" jurnalını təsis edib, həmin jurnalın baş redaktorudur.
Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir.
Fəridə Ləman Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinə üzv və Qadınlar Şurasına sədr seçilib (2007). İİR-nin Mədəniyyət Mərkəzinin İmam Rzanın doğum günü və Həzrəti Məsumə ilə bağlı keçirdiyi şeir müsabiqəsində qalib olmuş, Urmiyada şeir festivalında iştirak etmişdir (2007); Uluslararası Yunus Emre Kültür və sanat haftasında iştirakçı olmuşdur (6-10 may 2008). Fəridə Ləman Azərbaycan diaspor himninin, Türk marşının (hər iki mahnı 2005-ci ildə Ankarada DAK-ın VIII qurultayında xalq artisti Lütfiyar İmanov tərəfindən səslənmişdi) və İctimai Televiziyanın himninin müəllifidir. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. 2010-cu ildə Osmanqazi Universitetində 2-ci Ulusal simpoziumda və IV Uluslararası Kıprıs simpoziumda iştirak etmişdir (Türkiyə).
Tarix: 15.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 550 Bölmə: Şairlər və Yazıçılar