Heç bir şey, hətta musiqi belə insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıq insana xüsusi rahatlıq və zövq verir. Təsadüfi deyil ki, psixoloqlar da yaşılın insanı sakitləşdirdiyini və əsəblərə yaxşı təsir göstərdiyi deyir.
Təbiətin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri güllər, çiçəklərdir. Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlər boyu rəssam və şairlərin diqqətini çəkib və insan yaradıcılığının bütün sahələrində ilham verib.
Təbiətlə üsnisiyyətdə olmaq və güllərə quluq etmək isə onlara baxmaqdan daha çox zövq verir. Güllərə qulluq etmək üçün səbr və zəhmət tələb olunur. Həmçinin güllər hər bir insana xoşbəxtlik və sevinc gətirir. Yəni, onların insan aurasına təsiri yüksəkdir. Qeyd edək ki, güllərin yuxu yozumu da müsbət yozulur. Yəni, güllər hətta yuxuda da xoş təsirini bizdən əsirgəmir.
Güllər ev interyerində xüsusi yer tutur. Lakin hər qadın da dibçəkdə gül əkməyi bacarmır. Bununla bağlı ümumi fikir söyləmək çətindir. Çünki insanlar kimi hər bir gülün də öz xüsusiyyəti və “xarakteri” var. Dibçək güllərinin hər birinə xüsusi qulluq göstərmək lazımdır.
Nəbatat bağının əməkdaşı, aqronom Asif Mehralıyev otaq bitkiləri haqqında məlumat verib. O, bildrib ki, evdə bütün bitkilərin çoxunu yetişdirmək olar. Sadəcə, evdə yetişdirildiyə görə, onlara otaq bitkiləri deyilir.
“Otaq bitkilərini ilin bütün vaxtlarında yetişdirmək olar. Ancaq çiçəkli olan vaxtlarda və çiçəkləmə fazasında olanda əkmək olmaz. Ən yaxşı əkim vaxtı isə mart və oktyabr aylarıdı”.
Aqronom Asif Meraliyev, bitkilərə qulluq qaydalarını da izah edib.
“İlk növbədə gülü əkmək üçün diametri 3-5 sm olan bir qab tapmaq lazımdır. Hündürlüyü isə əkdiyiniz bitkidən asıldır. Dibçəyin dibinə çınqıl, balıqqulağı tökmək olar, qabın dibində isə ona tökülən suyu axıtmaq üçün dəlik olmalıdır. Gülü əkmək üçün xüsusi torpaq hazırlanmalıdır. Torpaq isə kefiyyətli, yumşaq və məhsuldar olmalıdır ki, əkdiyiniz bitki yaxşı inkişaf etsin. Mütəmadi olaraq suvarılmalı və yeniləmə gübrələri tökülməldir. Yaxşı olar ki, tərkibində mineral maddələr və peyinli torpaq olsun. Bunlara əməl olunmadıqda bitkinin kökü yaxşı inkişaf etmir, nəticədə isə çürüyür”.
Qış vaxtı sərin yerə qoyulmalı və otağın temperatur 15-16 dərəcə olmalıdır. Yay-yaz vaxtı isə günəş düşən yerə və açıq havaya qoymaq olar. Bəzi bitkilər var ki, onları ancaq kölgədə saxlamaq olmaz. Bu da bitkinin xüsusiyyətindən asıldır.
dibcək gulləri
Otaq bitkilərini zərərvericilərdən necə qorumaq haqqında fikrilərini bildirib. Onun sözlərinə görə, acı bibər və qoz yarpağından hazırlanmış məhlullardan zərərvericilərə qarşı istifadə etmək olar. Həmçinin xam sabundan da zərərvercilər əleyhinə istifadə etmək olar. Torpağın yapışqanlılığı artırır.
Tütünlə suyu qarışdırıb bitkiyə tökmək olar. Bu üsul da zərərverciləri məhv edə bilir. Qadınlar arasında ev bitkilərinin düşər-düşməz və bədbəxtlik gətirdiyi kimi inanclar da var. Mütəxəssis bu barədə də fikirlərini bildirib.
“Belə bir şey mümkün deyil və elmdə də yoxdur. Sadəcə, bəzi bitkilər var ki, onları çiçəkləyən vaxt otaqda saxlamaq məqsədə uyğun deyil. Bu isə zəhərli maddələr ifraz etməsi ilə bağlıdır. Uşaqlar yarpaqlara toxuna və ağzına vura bilər. Nəticdə də izə zəhərlənmə ola bilər.Tikanlı bitkilərin də uşaqlara ziyan vermə ehtimalı yüksək olduğu üçün otaqda saxlamaq məsləhət deyil. Həmçinin bitkinin çürümüş yarpaqlarını təmizləmək lazımdır".
Bitkilər arasında da su sevəni və su sevməyəni var. Məsələn, kaktus bitkisi suyu çox sevmir. Ona həftədə 1 dəfə su vermək kifayətdir. Ətirşah bitkisi də suya meyilli deyil. Çindən gətirilən dibçək gülləri isə suya daha çox meyillidirlər, onları həftədə iki-üç dəfə sulamaq lazımdır.
Ətirşah, süsən, kaktus, liliya, əzvay, bənövşə, xlorafitus, kalanxoye, aqava… Hərəsinin öz gözəlliyi, öz yaraşığı var. Dibçək güllərinin arasında sağlamlıq üçün xüsusi faydalı olanlar da var. Məsələn, əzvay yarpaqları mədə-bağırsaq, qan dövranı xəstələri üçün müalicəvi əhəmiyyət daşıyır, hətta onun yarpaqlarının yeyilməsi də məsləhət görülür. Xlorafitusun isə üç növü yayılıb. Onu daha çox mətbəxdə saxlayırlar, çünki onda müxtəlif iyləri və qazı udmaq qabiliyyəti var. Həmin bitkinin rəngbərəng açan gülləri, nazik və incə yarpaqları ətrafa gözəllik və yaraşıq verir. Kaktus bitkisi isə şüalanmanın qarşısını aldığına görə kompüterdən çox istifadə edənlərə məsləhət görülür.
Əsas qaydalar:
Alçaq gülləri şüşənin qabağına, birinci cərgəyə düzmək lazımdır. Hündürlər isə onlardan sonra yerləşdirilməlidir. Onda həm alçaq, həm də hündür güllər işıq və havanı lazımi qədər ala bilərlər.
Pəncərəyə çox qalın pərdə asmaq məsləhət görülmür.
Otağın havasını tez-tez dəyişmək lazımdır.
Qışda nəfəsliyi açmalı, yayda isə pəncərəni həmişə açıq qoymalı. Güllərə mütləq təmiz hava lazımdır. Qışda nəfəslik açıq olan müddətdə güllərə soyuq olmasın deyə, onların üstünə qəzet örtmək məsləhət görülür.
Gülləri otağı qızdıran cihazlardan uzaqda saxlamaq lazımdır.
Gülləri yazda əkmək lazımdır. Özü də cavan güllər olsun, çünki bu zaman onlar yaşayacaqları şəraitə yaxşı alışırlar.
İşlənmiş dibçəklər gülləri əkmək, yerini dəyişmək üçün yararlıdır. Ancaq əvvəlcə dibçəyi isti su ilə yaxşı-yaxşı yumaq, qaynar suda saxlamaq lazımdır ki, içində kif qalmasın. Təzə dibçəkləri də yarım saat suda saxlamaq lazımdır.
Əgər dibçəyə şitil və ya kök buraxmış gövdə əkirsənsə, torpaq bir qədər bərk olmalıdır, xüsusilə dibçəyin qıraq hissələri. Əkib qurtarandan sonra güllərə çoxlu su töküb, kök atana qədər kölgəli yerdə saxlamaq lazımdır.
Cavan bitkilərin yerini hər il yaz vaxtı – aprel, may aylarında özlərini yaxşı hiss edən iri güllərin yerini isə iki – üç ildən bir dəyişmək lazımdır.
Qışda gülləri səhər vaxtı və az sulamaq lazımdır, yayda isə axşam sulamalı, suyu da bol tökməlisən.
Yayda gülləri hər gün, qışda isə gec – gec sulamaq lazımdır.
Güllərə çoxlu su vermək olmaz. Uşaq kimi onların da nazı ilə oynamaq lazımdır. Güllərin suyu çox olarsa, tez solar.
Güllərin yarpaqlarını təmizləmək üçün xüsusi sprey alın.
Güllərə böyük həvəsiniz varsa, bitkilər haqqında Ensiklpediya almaq daha məqsədə uyğundur.
Tarix: 10.12.2014 / 17:13 Müəllif: Aziza Baxılıb: 257 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər