Təzə və qurudulmuş qara gavalı təbabətdə yüngül işlədici kimi istifadə edilir. Qədim təbabətdə gavalını uzun sürən qəbizlikdə, mədə qıcqırmasında, aterosklekrozda, böyrək xəstəliklərində və revmatizmdə məsləhət görürdülər. O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilirdi. Gavalı hamıya xeyirlidir, xüsusən, bağırsaqları zəif işləyənlərə. Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir.
Yatmazdan qabaq 10-20 ədəd qara gavalı yemək, işlədici kimi təsir göstərir. Qara gavalını yeməyə hazırlamaq üçün onun üstünə qaynar su tökmək lazımdır. Onu qaynatmaq və şirinləşdirmək olmaz. Səhər – səhər acqarına yeyilməsi məsləhətdir.
Lümbaqoda (bel ağrısı) gavalının tumunun özəyindən 25 ədəd 250 ml araq töküb, 7 gün saxlamaq. Ağrıyan yerə sürtmək. Qəbizlikdə caqqal gavalısı çiçəklərindən və yarpaqlarından 2 x.qaşığı 1 stəkan qaynar suda termosda 2 saat dəmləmək, süzmək və hamısını birdəfəyə içmək.
Qara gavalı kalium, natrium, kalsium, maqnezium, fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir.
Gavalı dücgün qurudulanda təzə gavalının xassələrini uzun müddət saxlayır. O, ateroskleroz, hipertoniya və böyrək xəstəliklərində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Qara gavalıdan dəmlənmişi ödqovucu, yüngül işlədici və ümumi möhkəmləndirici kimi istifadə edilir:
Bir ovuc qara gavalı yuyulur, 1 stəkan isti su tökülüb 3-4 saat dəmlənir, yeməkdən 20-30 dəq qabaq, həlimindən içməklə 3-4 ədəd yemək.
Mütəxəssislər tərəfindən aparılan tədqiqatlar göstərir ki, qara gavalı sümüklərin «tikilmə» prosesini gücləndirir. Buna görə də sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı adamlar quru gavalını yeməlidir.
Ürək üçün qara gavalı çox xeyirlidir. Bu məqsədlə gündə 3-5 qara gavalı yemək lazımdır. Bir ay yeyəndən sonra 2-3 həftə fasilə etmək. Çox yemək olmaz, belə ki, qan azlığı əmələ gətirə bilər.
Qəbizliyə qarşı:
qaysı – 100 qr.
kişmiş – 100 qr.
qara gavalı – 400 qr.
əncir – 200 qr.
itburnu meyvəsi – 200 qr.
bal – 200 qr.
səna yarpaqları – 50 qr.
Birinci – 5 meyvəni ət maşınından keçirtməli və bal ilə qatmalı. Bundan sonra səna yarpaqlarını əzib tərkibə tökə-tökə qarışdırmaq, soyuducuda saxlamaq (aşağı hissədə). Səhər və axşam acqarına 1 x.qaşığı qəbul etmək.
Tarix: 22.08.2012 / 03:28 Müəllif: [Ram] Baxılıb: 1140 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər