Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güllərin tarixi barədə

Gülləri hamı sevir. Yəqin ki, onlara qarşı biganə olan insan da yoxdur. Onlar özü bizi cəlb edir, estetik zövq verir, hətta psixoloji yardım da edir. Bayramların bəzəyi, təbiətin təbəssümüdür güllər! Güllərin tarixi haqqında maraqalı faktlar, müxtəlif əfsanələr mövcuddur. Arxeoloji qazıntılar sübut edir ki, güllərin tarixi tunc dövrünə qədər gedib çıxır. Bizim e.ə. IV əsrə aid olan bir bir daşın üzərindəki təsvirlər qədim insanların da güllərə dəyər verdiyini göstərir.güllərDaşın bir hissəsində səma, torpaq və insan, digər tərəfində isə müxtəlif güllər və çiçəklər təsvir olunub. Qədim Misirdə sarayların bağlarını gözəl güllərlə, çiçəklərlə bəzəyərdilər. Buddistlər isə öz "tanrılarının" heykəlləri qarşısına müxtəlif bitkilərin yarpaqlarını qoyardılar. Bəzi buddistlər hələ də bu ənənələrinə sadiq qalıb, "tanrı" saydıqları heykəllərin qarşısına "lotos" qoyurlar.İngilis arxeoloqu X. Karter 1929 - cu ildə Tutanxamonun qəbrini aşkar edərkən, onu ən çox təəccübləndirən, tabutun içərisindəki zinyət əşyalarından çox, Tutanxamonun sinəsinin üzərinə qoyulmuş cürbəcür güllərdən, çiçəklərdən və yarpaqlardan ibarət çələnglərin çoxluğu olmuşdur. Ən maraqlısı isə, bu qədər zaman keçməsinə baxmayaraq çələnglərin təravətini itirməməsiydi."Pion"- dünya florasının qədim güllərindən hesab olunur. Bu bitki əslində həm də şəfaverici xassəyə malikdir. Hətta yunanlar bu gül haqqında maraqlı bir əfsanə də uydurublar. Deyirlər ki, güya bu bitkinin kökündən alınan preparatla yunanların pəhlivanı Herkules tərəfindən yaralanan yer mələklərinin allahı olan Peonanı sağaltmışdır. Əfsanələrin birin də isə deyilir ki, müəllim Peona Eskulan öz tələbəsinin qısa bir dövrdə məşhurlaşdığını görüb, ona həsəd apararaq belə qərara gəlir ki, tələbəsini zəhərləsin. Lakin, Peona allahı peşman olur, tələbəsini sağaltdıqdan sonra özü çiçəyə çevrilir.Qızılgül- güllərin şahıdır! Onun da haqqında maraqlı bir əfsanə var. Əfsanəyə görə Hindistanda Lakşmi adında gözəl bir qız yaşayarmış. Dünyada ən qəşəng qız sayılan Lakşmi 108 böyük və 1008 kiçik ləçəklərdən ibarət olan qönçə qızılgüldən əmələ gəlib. Kainatın qoruyucusu sayılan Vişnu tanrı bu gözəli çəhrayı beşiyində görüb, ona aşıq olub və sonra beşikdəcə onu öpüb və oyadıb. Bundan sonra isə onu özünə xanım edib. Beləliklə, Lakşmi Gözəllik ilahəsi, qızılgül isə müqəddəs gül hesab olunmağa başlayıb.Bənövşə baharın müjdəçisidir! Bu gül daha çox əfsanənin mövzusu olmuşdur. Deyirlər ki, cənnətdən qovulandan sonra, Yerə sürgün edilən Adəm peyğəmbərə Seylon adasında cənab - Cəbrayıl əvf olunması barədə xəbəri yetirərkən, o, sevindiyindən ağlamış, göz yaşları bənövşəyə dönmüşdür.


Tarix: 10.12.2014 / 16:57 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...