Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avstriya tarixi

Avstriya və Osmanlı imperiyası
Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi, 1664-cü ildə Osmanlı imperiyası ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və alınmaz saydıqları Uyyar qalası alındı.Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq, Vatikandan və Avropa dövlətlərindən yardım istədi. Lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Nəticədə Avstriya imperatoru sülh təklif etdi. Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı.

Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstendə Polşa ilə müharibəyə başladı. Beş il davam edən bu müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində hakimiyyətini qəbul etdilər.

1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi. Osmanlılar Vyanaya yürüş təşkil etsələr də heç bir nəticə hasil olmadı. Vyana ətrafında türk ordusunun məğlubiyyəti Avropada böyük sevincə səbəb oldu. Bir sıra xristian dövlətləri bu fürsətdən istifadə edərək, türkləri avropadan qovub çıxarmaq planını həyata keçirməyə başladılar. Papa təkidlə bu dövlətləri Osmanlı imperiyasına qarşı birləşməyə çağırdı. 1684-cü ildə Avstriya, Polşa, Venesiya və Malta “Müqəddəs birlik” adlanan ittifaq təşkil etdilər.

1686-cı ildə ittifaq ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu. Bu şəhərin itirilməsi osmanlılar arasında böyük çaxnaşmaya səbəb oldu. Nəticədə, düşmənlər Macarıstanın çox hissəsini, Belqradı, Dalmaçiya və Bosniyanın da bəzi hissələrini ələ keçirdilər.

Ağır məğlubiyyətlərdən sonra Osmanlı hökuməti bir neçə cəbhədə vuruşmağın mümkünsüzlüyünü anladı. 1699-cu ildə Belqradın Karlovitsa qəsəbəsində Osmanlı hökümətinin və müttəfiq dövlətlərin nümayəndələri toplandılar. 4 aylıq müzakirələrdən sonra Avstriya, Polşa və Venesiya ilə ayrı-ayrılıqda 25 il müddətinə müqavilələr imzalandı. Rusiya ilə də 3 il müddətinə saziş imzalandı.

Avstriya ilə bağlanmış müqaviləyə əsasən bütün Macarıstan, habelə Xorvatiyanın bir hissəsi Avstriyaya keçdi.

Polşa ilə bağlanmış müqaviləyə görə Podolya əyaləti və Ukrayna Polşaya verildi. Polyakların krım xanlarına ödədikləri illik xərac ləğv olundu.

Venesiya ilə bağlanan müqaviləyə görə Moreya yarımadası və Dalmaçiya sahilləri venesiyaya keçdi. Karlovitsa müqavilələri ilə Osmanlı imperiyası tarixdə ilk dəfə olaraq xeyli ərazi itirdi.

Qısa bir müddətdən sonra baş vermiş Osmanlı-Avstriya müharibəsi (1716) isə İngiltərə və Fransanın vasitəçiliyi ilə 1718-ci ildə Pojarevatsk müqaviləsi ilə nəticələndi. Bu müqaviləyə görə Serbiyanın və Bosniyanın şimal hissəsi Avstriyaya verildi. Moreya yarımadası Osmanlı dövlətində qaldı.

Əldə etdiyi ərazilərlə kifayətlənməyib, 1735-ci ildə hərbi əməliyyatlara yenidən başlayan Avstriya bütün Serbiya ərazisini, habelə Bosniya və Hersoqovinanı ələ keçirməyə can atırdı. Düşmən qoşunları türklərin bir sıra yaşayış məntəqələrini ələ keçirdilər. 1739-cu ildə Avstriya ilə Belqrad müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, Avstriya Belqrad şəhərini, Serbiya və Bosniyanın şimal hissəsini geri qaytarmağa məcbur oldu.

Beləliklə, XVIII əsrin ortalarında Osmanlı dövləti Avstriya ilə apardığı uğurlu döyüşlərdən sonra şərəfli bir müqavilə imzalanmasına nail oldu. Fransa bu müharibədə öz iqtisadi maraqları naminə Türkiyəni müdafiə edirdi. Buna cavab olaraq, 1740-cı ildə Fransaya əvvəllər verilmiş kapitulyasiya imtiyazları genişləndirildi.

Avstriya-Macarıstan imperiyası
Əsas məqalə: Avstriya-Macarıstan


İkinci Dünya Müharibəsi illərində
Avstriya Respublikaısı II Dünya Muharibəsi ərəfəsində Hitler tərəfindən 1938-ci ildə də Almaniyaya birləşdirildi. Muharibədən sonra Almaniyanın məğlub olması ilə Avstriya Amerika Birləşmiş Ştatları, SSRİ, Böyük Britaniya və Fransa tərəfindən işğal edildi. 1955-ci ildə bu dövlətlərlə bağlanan sülh müqaviləsi nəticəsində dövlət birləşdirildi və müttəfiq dövlətlərin qoşunları oradan çıxarıldı.

Müharibədən sonrakı Avstriya
1945-ci ilin martında Sovet silahlı qüvvələri Avstriya ərazisinə daxil oldular. Avstriyanın faşist zülmündən azad edil¬məsində 80 min sovet əsgəri həlak oldu. Sovet qoşunlarının Avstriyaya daxil olduğu ilk gündən Avstriya demokratik ölkə kimi dirçəlməyə başladı. Avstriya Xalq Partiyası (AXP) və Avstriya sosialist partiyası (ASP) öz fəaliyyətlərini canlandırdılar. Avstriya Kommunist Partiyası (AKP) açıq fəaliyyətə keçdi. 1945-ci ilin aprelin 27-də sosialist, xalq, kommunist partiyalarının nümayəndələrindən və bitərəflərdən ibarət Müvəq¬qəti hökumət təşkil edildi. Hökumətin başında Avstriya sosial-demokratlarının görkəmli nümayəndəsi K.Renner dururdu. AKP-nin sədri İ.Kopleninq vitse-kansler oldu. Ölkədə Həmkarlar İttifaqı birliyi də təşkil edildi. Hökumət Avstriyanın müstəqilliyi bəyannaməsi ilə sıxış etdi. Hökumət həmçinin müəssisələrdə ictimai özünüidarə institutlarının təşkili, hitlerçi nasional-sosialist partiyasının qadağan edilməsi, hərbi və faşist canilərinin məsuliyyətə cəlb edilməsi, zəhmətkeşlərin iqtisadi maraqlarının müda¬fiəsi üçün fəhlə və qulluqçuların palatasının bərpası, nasist fəallarının mən-zillərinin faşizm qurbanlarına verilməsi haqqında və s. mütərəqqi qanunlar qəbul edilməsinə nail oldu. 1945-ci ilin iyulunda SSRİ, ABŞ, İngiltərə və Fransa Avstriyada dördtərəfli nəzarət mexanizmi haqqında saziş imzaladılar. Onlar qərara aldılar ki, Avstriya müstəqil, demokratik, sülhsevər dövlət kimi bərpa edilməlidir. 1945-ci ilin noyabrın 25-də Avstriyada parlamentə seçkilər keçirildi. Seçkilərdə ən çox səsi AXP aldı (49,8%). Təşkil edilən hökumətin tərkibinə AXP-dən 8, ASP-dən 6, AKP-dən 1 nümayəndə və iki bitərəf daxil oldu. Hökumətin baş naziri isə AXP-nin lideri L.Fiql oldu. Respublikanın prezidenti K.Renner oldu. Yeni hökumət elan etdi ki, o ölkənin demokratikləşməsi sahəsində tədbirlər həyata keçirəcək, nasizmin kökünü kəsəcək, iqtisadiyyatı bərpa edəcək və əhalinin həyat şəraitini yaxşılaşdıracaqdır.

Avstriya üzrə İttifaq Soveti 1946-cı ilin yanvar-iyun aylarında bir sıra razılaşdırılmış qərarlar qəbul etdi. Bu qərarlar içərisində dövlət aparatının de¬na¬sifikasiyası, hərbi və yarımhərbi təşkilatların buraxılması, Avstriya hökumətinin hüquqlarının genişləndirilməsi daha mühümləri idi. 1946-1955-ci illərdə koalisiyalı hökumətin siyasəti. Ölkənin iqtisadi siyasəti, əsasən, kapitalın mövqeyinin bərpa edilməsinə yönəldilmişdi. Bununla belə, 1946-cı ilin iyulun 26-da və 1947-ci il martın 26-da parlament üç iri kommersiya bankının, 33 səhm kompaniyasının, o cümlədən metallurgiya konserninin, kömür şaxtalarının və bir sıra digər müəssisələrin milliləşdirilməsi haqqında qanun qəbul etdi. Milliləşdirilmiş müəssisələrin əksəriyyəti alman inhisarlarına məxsus idi. Bu yolla mühafizəkar qüvvələr bu müəssisələrə özləri sərəncam verməyə başladılar. 1949-cu ildə 1938-ci illə mü¬qa¬yisədə müxtəlif malların qiyməti 4,7 dəfə, əmək haqqı isə cəmi 50% artdı. 1947-ci ilin dekabrında Avstriyada pul islahatı keçirildi. Əmanət kassalarında olan xırda məbləğlər ləğv edildi, banklara qoyulan iri məbləğlərə isə toxunul¬madı. Nəticədə zəhmətkeşlər 7 mlrd. şillinq itirdilər. Vergilər əhəmiyyətli dərəcədə artdı 1949-cu ilin sonunda şillinqin devolvasiyası keçirildi. Ölkənin ərzaqla təminatı da çətin idi. Ancaq 1949-cu ilin ortalarında kartoçka sistemi ləğv edildi. 1948-ci ilin iyulunda Avstriya hökuməti «Marşall planı»na qoşuldu. Bu planın köməyi ilə iri burjuaziya öz mövqeyini möhkəm¬ləndirdi. 1949-cu ildə sənaye müharibədən əvvəlki səviyyəyə çatdı. 1950-1951-ci illər ölkə iqtisadiyyatındakı yüksəliş 1952-1953-cü illərdə durğunluqla əvəz olundu. 1953-cü ilin sonundan yenidən iqtisadiyyatda canlan¬ma müşahidə edilməyə başladı. Bu dövrdə ABŞ-ın Avstriya iqtisadiyyatında rolu artdı.1949-1952-ci illərdə ABŞ Avstriyaya 500 milyon dəyərində məhsul göndərmişdi. ABŞ-ın Avstriyaya verdiyi 918 milyon kredit ilk növbədə strateji xammal və material istehsalı ilə bağlı sahələrə sərf olunurdu. Mülki sahələr durğunluq keçirirdi. Onlar müharibədən əvvəlki səviyyəyə ancaq 1953-cü ildə çatdılar. Avstriyanın qərbində ABŞ hərbi obyektləri və aerodromları bərpa etdi. Avstriyanın Şərqi Av¬ropa ölkələri ilə xarici siysət əlaqələrinin zəifləməsi onun iq¬tisadi inkişafına mənfi təsir göstərdi. Avstriya hökuməti ordunun təşkilinə başladı. Ölkədə neofaşist təşkilatlar fəallaşdı. 1949-cu ildə faşist tipli partiya olan «Müstəqillərin ittifaqı» partiyası təşkil edildi. 1949-cu ilin parlament seçkilərində bu partiya 489 min səs tonladı. K.Rennerin ölümü ilə əlaqədar olaraq 1951-ci ildə Avstriyada keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi Teodor Kerner qələbə çaldı. 1953-cü ildə ölkədə keçirilən parlament seçki¬lərində sosialist partiyası 1,7 milyon səs aldı. Kommunist partiyası, 1951-ci ilin noyabrında təşkil edilmiş Avstriya sosi-alist fəhlə partiyası ilə birlkdə 228 min səs aldı. Yeni höku¬mətə AXP-nin nümayəndəsi Yulius Raab başçılıq etdi. Bu höku¬mətin fəaliyyəti ölkədə heç bir dəyişikliyə səbəb olmadı.

Avstriyada fəhlə və demokratik hərəkatın vəziyyəti mürəkkəb idi. Bunu ilk növbədə qərb və şərq işğal zonalarında şəraitin müxtəlifliyi, xırda burjua ideologiysının təsiri, nasizmin qalıqları və s. ilə izah etmək olardı. 50-ci illərin əvvəllərində ölkədə tətillər artdı. Təkcə 1950-ci ilin avqust-sentyabr aylarında 90 iri müəssisənin fəhlələri əmək haqqının artırılmsı tələbi ilə çıxış etdilər. Ölkədə sülh uğrunda, müharibə əleyhinə hərəkat da gücləndi. 1950-ci ilin iyununda Vyanada sülh tərəfdarlarının I Ümumdünya konqresi keçirildi. Atom silahının qadağan edilməsi haqqında Stokholm bəyannaməsinə bir milyon avstriyalı da öz imzasını qoydu. 870 min adam isə böyük dövlətlər arasında sülh paktının bağlanması haqqındakı müraciətə qol çəkdi. 1952-ci ilin dekabrında Vyanada xalqların sülhü müdafiə Konqresinin keçirilməsi mühüm hadisə idi. Fəhlə və demokratik hərəkatın təsiri altında 1952-ci ildə parlament aylıq pensiyalara əlavələr və əmək haqqından tutulan vergilərin azaldılması haqqında qanun qəbul etdi. Denasifikasiya prosesi həyata keçirillməyə başladı.

Avstriyanın SSRİ ilə Dövlət müqaviləsi
Müharibə qurtardıqdan dərhal sonra SSRİ Avstriya ilə Dövlət müqaviləsinin bağlanması təklifi ilə çıxış etdi. Bu problemlə əlaqədar Qərb dövlətləri ilə kəskin mübarizə başlandı. 1945-ci ilin iyul-avqustunda keçirilən Potsdam konfransında SSRİ, ABŞ və İngiltərə Avstriyadan təzminat almaqdan imtina etdiklərini bildirdilər. 1947-ci ildə Moskvada keçirilən xarici işlər nazirlərinin konqresində Avstriyanın alman imperializmindən təhlükəsizliyini müdafiə et-məyə yönəldilmiş məsələdə tərəflər razılığa gəlidlər. 1949-cu ildə Parisdə xarici işlər nazirləri Avstriyadakı keçmiş alman aktivlərini SSRİ-yə vermək haqqında qərarı bəyəndilər. Bununla belə, Avstriya ilə Dövlət müqaviləsi bağlanmasına keçmiş müttəfiqlər arasında «qarışıq şəxslər», Avstriyanın silahlanmaya buraxılmaması, BMT-də yeri, onün müharibədən əvvəlki və müharibədən sonrakı borcu haqqında məsələlərdə razılığa gəlinməməsi mane olurdu. 1954-cü ilin əvvəllərində Berlində keçirilən xarici işlər nazirlərinin müşavirəsində Avstriya nümayəndələri bəyan etdilər ki, Avstriya hərbi bloklara qoşulmayacaq və öz ərazisində xarici dövlətlərin hərbi bazalarının təşkilinə icazə verməyəcəklər.

Xalq konqresi
1955-ci ilin martında Avstriyanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparan Xalq konqresi təşkil edildi. 1955-ci ilin aprelində Moskvada aparılan Sovet-Avstriya danışıqları nəticəsində Avstriyanın bitə¬rəf qalacağı öhdəliyini üzərinə götürməsi haqqında memorandum nəşr edildi.

1955-ci ilin may ayının 15-də Vyananın Belveder sarayında bitərəf, müstəqil və demokratik Avstriya haqqında Dövlət müqaviləsi imzalandı. 1955-ci ilin iyulunda o qüvvəyə mindi. Müqavilə Avstriyada işğal rejiminə son qoydu, onun təhlükəsizliyini və milli suverenliyini təmin etdi, iqtisadi və siyasi anşlüsü qadağan etdi. Dövlət müqaviləsinə görə Avstriya əhalinin demokratik hüquqlarını gözləməli idi. Millətçi təşkilatlar ləğv edilirdi. Habsburqların ölkəyə buraxılmaması haqqında qanun qüvvədə qaldı. Avstriya təzminatdan azad edildi. Avstriyada SSRİ-yə məxsus olan kemiş alman aktivləri yenə də ölkədə qaldı. SSRİ isə bunun əvəzində Avstriyadan kompensasiya aldı. Bununla əlaqədar Avstriya SSRİ-yə 6 il müddətinə 150 milyon dollar dəyərində olan 419 müəssisə verməli idi. Digər iqtisadi və mülki məsələlər də həll edildi. 1955-ci ilin sentyabrında SSRİ, ABŞ, İngiltərə və Fransa öz qoşunlarını Avstriyadakı işğal zonalarından çıxartdılar.

1955-ci ilin oktyabrında ölkə parlamenti Avstriyanın daimi bitərəfliyi haqqında Konstitusiya qanununu bəyəndi. Avstriyanın bitərəfliyi statusu dörd böyük dövlət tərəfindən rəsmən tanındı. 1955-ci ilin dekabrın 14-də Avstriya Millətlər Cəmiyyətinə daxil oldu. Avstriyanın tarixində yeni mərhələ başlandı. AXP ilə ASP-nin əməkdaşlığı (1956-1965-ci illər). Avstriya suveren və bitərəf dövlət statusunu aldıqdan sonra 1956-cı illin may ayının 13-də növbədənkənar parlament seçkiləri keçirildi. Ən çox səsi AXP və ASP topladı. Koalisiyalı hökumət təşkil edildi. Yulius Raab yenə Avs¬triyanın kansleri oldu. 1957-ci ilin mayında T.Kernerin ölümü ilə əlaqədar ola¬raq ölkə prezidenti ASP-nin sədri Adolf Şerf seçildi. AXP və ASP əməkdaşlığı saxladılar.

İqtisadi inkişaf yüksələn xətlə getməyə başladı. İstehsal edilən sənaye məh¬sullarının sayı 92-dən 151-ə çatdı. Ölkədə elmi-texniki inqilabın nailiyyət¬lərindən istifadə edilməyə başlandı. Neft və qaz çıxarılması artdı, kimya, maşınqayırma, elektronika sənayesi inkişaf etdi. Avstriya yüksək səviyyədə inkişaf etmiş sənaye-aqrar dövlətinə çevrildi. «Alşine-Montan», «Şyöller-Blekman», «Fyöst», «Şteyer-Deymler-Pux» kimi iri inhisar birlikləri yarandı. Kənd təsərrüfatında hakim mövqeyi iri xüsusi torpaq sahibliyi tuturdu. 100 ha-dan çox torpağı olanlar bütün təsərrüfatların 1,4 %-ni təşkil edirdi, lakin onlar kənd təsərrüfatı və meşə gəlirlərinin 45,6%-nin sahibi idilər. Dövlət-inhisarçı kapitalizmi əhəmiyyətli dərəcədə inkişaf etdi. Üç dövlət bankının əlində bütün kredit əməliyyatlarının 66%-i və ölkə depozit və əmanətlərinin 99%-i cəmlənmişdi. Dövlətin əlində polad istehsalının 99%-i, kömür çıxarılmasının 98%-i, elektrosənayenin 98%-i, neft çıxarılmasının 91%-i, elektroenergetikanın 80%-i, bütövlükdə ölkənin sənaye istehsalının üçdə biri toplanmışdı. Milliləşdirilmiş bölmədə 150 min adam çalışırdı ki, bu da sənayedə işləyən adamların ¼-ni təşkil edirdi. Avstriya AİB ölkələri, xüsusilə AFR-lə xarici ticarət dövriyyəsində fəal iştirak edirdi. 1963-cü ildə Avstriyanın ixracının 27%-i, idxalının isə 41%-i AFR-lə bağlı idi. Siyasi həyatda Dövlət müqaviləsindən narazı olan qüvvələrlə demokratik qüvvələr arasında mübarizə gedirdi. Mühafizəkar qüvvələrin təzyiqi altında Avstriya Avropa Şurasına daxil oldu ki, bu da Dövlət müqaviləsinə zidd idi. Ölkədə Ümumdünya həmkarlar ittifaqı federasiyasının fəaliyyəti qadağan edildi. Avstriya parlamenti SSRİ və digər sosialist ölkələri ilə ticarətə məhdu¬diyyətlər qoydu. Lakin tezliklə bu məhdudiyyət götürüldü. Bundan başqa bir sıra sosialist ölkələri ilə Avstriya diplomatik münasibətlər yaratdı.

50-ci illərin sonunda hökumət koaliisiyası daxilində münasibətlər kəskinləşdi. ASP-nin mövqeyi ilə hesablaşmayaraq AXP-nin liderləri ölkənin neft sənayesinin müəyyən hissəsini ingilis-amerikan kompaniyalarına verməyə nail oldular. 1961-ci ilin aprelində sağ qüvvələrin təzyiqi altında J.Raab istefa verməyə məcbur oldu. Yeni kansler Alfons Qorbax oldu. 1964-cü ilin aprelində isə onu AXP-nin sağ qanadına mənsub olan Jozef Klaus əvəz etdi. AXP-nin liderləri sosialistləri hökumətdən sıxışdırıb çıxartmağa çalışırdılar. 1962-ci ilin sonundan Avstriyada hökumət böhranı başlandı. 1965-ci ilin mayında A.Şerfin ölümü ilə əlaqədar keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi F.İonas qələbə çaldı. 1965-ci ilin sentyabrında xalqçılar və sosialistlər arasındakı fikir müxtəlifliyi növbəti il üçün büdcə məsələsində yenidən kəskinləşdi. 1965-ci ilin oktyarın 23-də AXP-nin liderləri hökumətin istefasını tələb etdilər. 1966-cı ilin mayında keçirilən parlament seçkilərində AXP 48,35%, ASP isə 42,56% səs aldı. Kommunistlər parlamentə bir deputat da keçirə bilmədilər. Parlament seçkilərindən sonra AXP birpartiyalı hökumət təşkil etdi. Bununla da, AXP və ASP-nin 20 illik hökumət koalisiyası başa çatmış oldu.

Avstriya J.Klausun (AXP) hökuməti hakimiyyətdə
1966-1970-ci illərdə Klaus başda olmaqla AXP-nin birpartiyalı hökuməti Avstriyada hakimiyyətdə oldu. 1967-1968-ci illərdə iqtisadiyyatda inkişaf tempi aşağı düşdü, büdcə kəsiri artdı, qiymətlər qalxdı. 60-cı illərin ikinci yarısında Avstriyanın xarici borcları 3 dəfə artaraq 4.4 mlrd.şillinqdən 14.3 mlrd. şillinqə çatdı. 1968-ci ilin ikinci yarısından yenidən iqtisadi yüksəliş başlandı. AXP hökuməti daxili siyasətində xüsusi kapitalın mövqeyini möhkəm¬lətməyə, milliləşdirilmiş müəssisələri yenidən özəlləşdirməyə çalışırdı. 1969-cu ilin oktyabrında xalqçılar parlamentdən milliləşdirilmiş sənayeni idarə etmək üzrə səhmdar cəmiyyətlərinin təşkil edilməsi haqqında qanunu keçirə bildilər. Bu cəmiyyət milliləşdirilmiş müəssisələrin səhmlərinin 49%-ni xüsusi şəxslərə satmaq hüququ oldu. Qərbi Almaniya konsernləri keçmiş alman aktivlərini özlərinə qaytarmağı bacardılar. Klaus hökuməti ictimaiyyət içərisində öz inhisarını gücləndirmək məqsə¬dilə radio və televiziyanın idarəsinin islahatını keçirdi. Millətçi, monarxist təşkilatlar canlandı. Ölkənin xarici siyasəti isə əvvəlki kimi Qərbə istiqamət-lənmişdi. Bununla birlikdə o, bitərəfliyini saxlamaqda davam edirdi. 1968-ci ildə iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Sovet-Avstriya komitəsi təşkil edildi.

Avstriya XX əsrin 70-ci illərində
70-ci illərin birinci yarısında ölkədə iqtisadi inkişaf yüksək sürətlə inkişaf edirdi. Maşınqnayırma, metallurgiya, elektrotexnika, kimya və sellüloz – kağız sənayesinin məhsulları istehsalının həcmi artdı. Avtsriyada elektrik enerjisi ehtiyatlarının inkişafına xüsusi diqqət yetirilirdi. 1970-ci ilin payızında Andriya (Şimali İtaliya) – Vyana neft kəməri çəkilməyə başlandı. Astriya hökuməti investisiya siyasətinə xüsusi əhəmiyyət verirdi. 1974-1975-ci illərdə dünya iqtisadi böhranı Avstriyaya da təsir etdi. Topdansatış milli məhsulun artımı zəiflədi. Sənayeyə kapital qoyuluşu 1973-cü illə müqayisədə 1974-cü ildə 8-13% aşağı düşdü. Büdcə kəsiri 1973-cü ildə 9 milyard şillinq olduğu halda, 1974-cü ildə 18 mlrd. şillinq oldu. 1976-cı ildə Avstriyada yenidən iqtisadi yüksəliş başlandı. 1970-ci ilin martında keçirilən parlament seçkilərindən sonra ASP-nin lideri B.Krayskinin başçılığı altında Avstriyanın tarixində ilk dəfə sosialistlərin birpartiyalı hökuməti təşkil edildi. Lakin qiymət və vergidə heç bir dəyişiklik edilmədi. 1970-ci ilin noyabrında keçirilən seçki islahatı nəticəsində Milli Sovetin üzvlərinin sayı 183-ə çatdırıldı. Seçki dairələrinin sayı ixtisar edildi, 5%-li seçki baryeri ləğv edildi. 1971-ci ilin aprelində prezident vəzifəsini yenə sosialist İonas tutdu. Bu-nunla da, dövlət hakimiyyətinin mühüm sahələri sosialistlərin əlində cəmlən¬miş oldu. 1974-cü ildə F.İonasın ölümündən sonra prezident yenə sosialistlərdən R.Kirxşleger seçildi. 1975-ci ilin oktyabrında keçirilən parlament seçkiləri so¬sialistlərə yenə də uğur gətirdi. Yenə də hökumətə B.Krayski rəh¬bərlik etməyə başladı. Beynəlxalq şəraitin kəskinləşməsi ilə əlaqədar Avtsriyanın daxilində də mübarizə gücləndi. 1977-ci ildə B.Krayski istefaya getməli oldu. 1977-ci ilin sentyabrın 30-da Milli Sovet Avstriya hərbi materiallarının və nəqliyyatlarının onun ərazisindən kənarda dəqiq miqdarda alın¬ması və satılması haqqında qanun qəbul etdi. Xarici siyasətdə AİB-lə Avstriyanın yaxınlaşmasına xüsusi əhəmiyyət verilirdi. SSRİ və sosialist ölkələri ilə də mü-nasibətlər normal məcrada inkişaf edirdi. 1975-ci ildə He¬lsinki müşavirəsində Avstriya iştirak etdi və müşavirənin Ye¬kun aktına qol çəkdi. Ərəb-İsrail münaqişəsində Avstriya rea¬list mövqe tutduğunu nümayiş etdirdi.

Avstriya XX əsrin 80-90-cı illərində
80-ci illərin əv¬vəl-lərində Avstriyanın iqtisadi inkişafında durğunluq başlandı. İş-güzar fəallıq azaldı. Xarici ticarət balansının kəsiri artdı. Qiymətlər və vergilər artırıldı. 1986-cı ildə işsizlərin sayı 206 minə çatdı. Bu isə işləyən əhalinin 7.1%-ni təşkil edirdi. Bu son 30 ildə Avstriyada ən böyük rəqəm idi. Siyasi həyatda ASP ilə AXP arasında rəqabət gücləndi. 1980-ci ilin mayın 18-dəki prezident seçkilərində ASP-nin namizədi R.Kirxşleger prezident seçildi. 1983-cü ilin aprelin 24-də Milli sovetə sosialistlərdən F.Linovas başsılıq etməyə başladı. 80-c illərin ortalarında Avstriyanın siyasi dairələrində şərait kəskin şəkil aldı. Bu ölkədəki sosial-iqtisadi çətinliklərlə əlaqədar idi. 1986-cı ilin iyulunda prezident seçkiləri kəskin mübarizə şəraitində keçdi. K.Valdhaym prezident seçildi. Kansler isə F.Vranitski oldu. Onların hər ikisi ASP-nin nümayəndələri idi. Avstriya azadlıq partiyası (AAP) ilə ASP arasında 1983-cü ildən yaranmış əməkdaşlıq AAP-nin millətçiik mövqeini tutmasına görə 1986-cı ildə pozuldu. 1986-cı ilin noyabrın 23-də keçirilən növbədənkənar parlament seçkilə¬rində ASP yenə də çoxluq qazandı və Vranitski yenidən baş nazir oldu. 80-ci illərdə Avstriya xarici siyasətdə bitərəfliyini saxlayırdı. Qərbi Avropa ölkələrindən birinci dəfə olaraq o, 1980-ci ilin martında FAT-ı rəsmən tanıdıını bildirdi. 90-cı illərdə də Avstriyanın iqtisadi inkişafı yüksələn xətlə getdi. Xarici siyasətdə isə o əvvəlki xəttini davam etdirdi. 1996-cı illin parlament seçkiləri yenə də sosialistlərə uğur gətirdi. Vranitski kansler vəzifəsində qaldı. Ölkəyə koalisiyalı hökumət rəhbərlik etməyə başladı. 1997-ci ildə keçirilən növbə¬dənkənar parlment seçkilərindən sonra V.Klimin başçılığı altında təşkil edilən koalisiyalı hökumət daxildə və xaricdə bitərəflik statusu çərçivəsində siyasət yeritməklə fəaliyyətini davam etdirirdi.


Tarix: 27.02.2015 / 19:19 Müəllif: Feriska Baxılıb: 496 Bölmə: Ümumi
loading...