Azərbaycan müəllimlərinin II qurultayı — 25 avqust 1907-ci ildə keçirilmişdir.
II qurultayın gündəliyindən
Azərbaycan müəllimlərinin birinci qurultayının qərarı üzrə II qurultay 1907-ci ilin yayında Gəncədə keçirilməli idi. Lakin bu ali məclis Gəncədə deyil, yenə də Bakıda, avqustun 25-də öz işinə başlayıb.
"Füyuzat" jurnalının 1907-ci il 30 və 31-ci nömrələrində dərc olunmuş materiallardan aydın olur ki, qurultay boyu on bir inqad (yığıncaq) keçirilib.
Bu qurultayda H.B.Zərdabi və N.Nərimanov iştirak etməyiblər.
Qurultayda əsas yer ruhani məktəblərinin işini nizama salmağa verilmişdi. İlahiyyat dərslərinin üsuli-cədidlə aparılması üçün mollalara pedaqoji kurs açmaq məsələsi qaldırılmış, ərəb əlifbasının islahı təklif olunmuş (F.Ağayev, S.B.Axundov və A.B.Əfəndiyevin təklifi panislamistlər tərəfindən etirazla qarşılanıb), ibtidai qızlar məktəbi üçün ümumi və müntəzəm proqram tərtibi Mahmudbəyova tapşırılmış, Müəllimlər İttifaqının nizamnaməsini qəbul etmək məsələsi ortaya gətirilmişdi.
25 avqustda başlayıb sentyabrın 5-də başa çatmış qurultayda proqrama aşağıdakı məsələlər daxil edilmişdi:
I. 1906-cı ildə Bakıda çağırılmış müsəlman müəllimlərinin tərtib etdiyi proqrama baxmaq.
II. Mövcud olan və qurultaya təqdim ediləcək tatar (Azərbaycan – red.) dili və hesab kitabına baxmaq.
III. Tatar (Azərbaycan – red.) əlifbasının çatmayan tərəflərinə baxmaqE
IV. Tatar kitab dilinin təmrini.
V. Tatar dilinin tədris üsulunun işlənilməsi.
VI. Müsəlmanlar arasında savadı yaymaq üçün yol araşdırmaq.
İkinci qurultaya sədrliyi Əli bəy Hüseynzadə etmiş, Mahmud bəy Mahmudbəyov, Süleyman bəy Axundov sədr müavini, üzeyir bəy Hacıbəyov, Mirzə Abdulla Talıbzadə və Fərhad Ağayev katib seçilmişlər.
İclasların, demək olar ki, çoxuna Mahmud bəy Mahmudbəyov sədrlik etmiş, ayrı-ayrı məsələlərlə bağlı komissiya üzvlərinin çıxışları dinlənilmişdir.
Tarix: 12.02.2015 / 14:34 Müəllif: Feriska Baxılıb: 184 Bölmə: Ümumi