Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şiz qalası

Tarixi mənbələr məlumat verir ki, atropatena hökmdarları tərəfindən inşa edilmiş qala divarları Bizans imperatoru İraklinin Atropatenaya hücumu zamanı qalaya atılan ağır vəznli cismlər vasitəsiylə dağıdılmışdır.

Tədqiqatçıların əksəriyyətinin fikrincə qala divarları parfların hakimiyyəti dövründə inşa edilmişdir. Divarların memarlıq üslubu ilk baxışdan parfların digər qalalarını xatırladır. Ümumiyyətlə Parfiya dövründə əksər qalalar dairəvi şəkildə inşa edilirdi. Lakin Tisifun və Təxti Süleyman ellips şəklində tikilmişdir.

Nuiumen Şiz qalasının Sasanilər tərəfindən tikildiyini göstərir. O deyir: "Ola bilsin ki, Sasanilər qalanı tikdikdə parfiyalıların tikinti üslubundan istifadə etmişlər." Müəllifə görə Azərbaycan və İran ərazisində olan dairəvi binalar Beynəlnəhreyndəki eyni tipli binalardan daha qədimdir.


Tarix: 29.01.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Ümumi
loading...