Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması

Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki vertolyotunun erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur.
Hadisədən əvvəl
Əsas məqalə: Qarakənd faciəsi
Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunu atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Həlak olanların siyahısı
Abbasov Şahin Əli oğlu (d.1950, Ərikli, Laçın rayonu) — mülki
Abbasova Səadət Şahin qızı (d.1980) — mülki
Abbasova Sədaqət Kamran qızı (d.1961, Ərikli, Laçın rayonu) — mülki
Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı
Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı
Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı
Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki


Tarix: 12.02.2015 / 15:08 Müəllif: Feriska Baxılıb: 278 Bölmə: Ümumi
loading...