Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mart hadisələri (1995)

Mart hadisələri (1995-ci ilin 13-17 mart hadisələri) - Rövşən Cavadovun başçılığında XTPD ilə daxili qoşunlar arasında silahlı münaqişə və Rövşən Cavadovun öldürülməsi, OMON-çuların təslim olması ilə nəticələnən hadisə.

Hadisələrin başlanğıcı
Mart hadisələri 1995-ci il martın 13-də Qazaxda başladı. Həmin gün XTPD-nin Qazax bölməsinə hücum olundu və qanlı döyüş baş verdi. Bununla da mart hadisələrinin əsası qoyulub. Martın 14-də daxili işlər naziri "OMON"un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalayıb. Əmrə görə, silahı könüllü təhvil verənlər bağışlanacaq (törətdikləri cinayət əməllərinə görə) və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində prezident Heydər Əliyev "OMON"çulara bağışlanmaq imkanı yaradan xüsusi fərman verdi. Lakin Rövşən Cavadov bununla razılaşmadı.

Martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON" qərargahı yaxınlığında başlanan atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olmuş, 8 XTPD əməkdaşı öldürülmüşdü. Hadisə nəticəsində 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi.

Azərbaycan Respublikası Prokurorluğunun 1995-ci ilin mart hadisələrinə dair həmin dövrdəki rəsmi məlumatında bildirilir ki, təkcə Mahir Cavadovun həbsi üçün 425 nəfərdən ibarət əməliyyat qrupu onun yaşadığı binanın mühasirəsində iştirak edib.


Tarix: 08.01.2015 / 02:27 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Ümumi
loading...