Həyatı
Onun əsl adı Hakim ibn Haşim, bəzi mənbələrə görə Ata idi. Muğanna “niqabla örtülü” mənasını daşıyan ləqəbdir. O, ağ qiyafə geyinərək deyirdi ki, bədəninə ilahi ruh köçüb və o, insanların bərabərliyi uğrunda mübarizə aparır. O, Mərvdə doğulmuş və Əbu Müslümün hərəkatında iştirakına görə 15 il müddətinə həbs edilmişdi. O, həbsdən qaçıb gizli təşkilat yaratdı və panteizm ideyalarını təbliğ etməyə başladı, “Vəhdət əl-vücud” irəli sürərək şöhrət qazandı.
Hərəkatın mərkəzi Buxara idi. Sonra o, Qaşqadərya və Zərəfşan vadisinə də yayıldı. Üsyançılar Buxaranı tuta bilməyərək hakimi Muğannanın tərəfinə keçən Narşah əyalətinə çəkildilər. 766-cı ildə onun dəstəsi Narşah yaxınlığında məğlub oldu, 700 nəfərdən çox adam öldürüldü. Muğanna Sənəm qalasına çəkildi. Ərəblər qalanı tutdular, Muğanna intihar etdi. 785-ci ildə üsyan yatırıldı. Ərəblərə qarşı mübarizə IX əsrin əvvəllərinədək davam etdi, nəticədə Xorasan müstəqil oldu. Xalq hərəkatı yerli feodalların dövlət idarəçiliyinə cəlb edilməsinə səbəb oldu.
Onu bidətdə suçlayırdılar..
Tarix: 11.02.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 131 Bölmə: Ümumi