Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arəş (müğənni)

Həyatı
Arəş Ləbaf 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Əslən azərbaycanlı olduğunu bildirsə də öz rəsmi internet səhifəsində fars mədəni irsinin daşıyıcısı kimi təqdim olunur və Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk fars olduğu bildirilir.

10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə, 5 il sonra isə Malmöyə köçüb.

Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur. Bu fikirlər GAMOH tərəfindən səsləndirilir.

35 yaşlı Arəş hazırda Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Dayvinq, basketbolla maraqlanır, şlyapa kolleksiyası toplayır. 2004-cü il sentyabrın 22-də farscadan tərcümədə "Get-get" mənasını verən "Boro-boro" adlı ilk sinqlını çıxarıb. Sinql qısa müddət ərzində İsveçdə birinci yeri tutub. 2005-ci ildə Arəşın öz adını daşıyan "Arash" albomu dünyanın məşhur musiqi kanalı MTV-də ən çox izlənən musiqilər sırasına daxil olub. Müğənninin elektronik musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən "Dünya" (World) layihəsi ona bir az da çox uğur gətirib. Almaniyanın Kann şəhərində keçirilən festivalın qalibi olan Arəş həmin il Fransada düzənlənən "İnternational Music Market" müsabiqəsində də İsveçin ən yaxşı debütant musiqiçisi seçilib. 2006-cı ildə Rusiyada "Grammys" mükafatını alan Arəş bu ölkədə ən məşhur xarici müğənni hesab edilir. İsveç, Avstriya, Almaniya, Polşa, Rusiya, Ukrayna, Türkiyə, Çexiya, İsrail, Tacikistan, Gürcüstan, Serbiya, Xorvatiya, Yunanıstan və Bolqarıstanda onun mahnıları "top" siyahılarında yer alır. Ümumilikdə 35 ölkənin musiqi kanallarında Arəşin mahnıları yayımlanır. 2006-da Arəş, DJ Alligator və Şahkar Bineşpacuh 2006 FİFA Dünya Kubokunda çıxış edən İran milli futbol komandasına "Iran, Iran" mahnısını həsr etdilər. DJ Alligator Arəşin 2006-da ifa edilən bir sıra mahnılarını da bəstələmişdir.

Arəş 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə və özünün ifa etdiyi "Always" mahnısının müəllifidir. Müsabiqədə Azərbaycan təmsilçiləri Norvej və İslandiyadan sonra 3-cü yeri tutmuşlar.

2011-ci ilin mayında Arəş uzun müddət sevgilisi olan Behnaz Ənsari ilə ailə qurmuşdur. Toy mərasimi Dubayda keçmişdir.

Yaradıcılıq
Ən böyük konsertləri Almaata (Qazaxıstan) və Şetsin (Polşa) şəhərlərinin açıq stadionlarında baş tutub. Qapalı konsert salonlarından isə Moskvanın "Olimpiyski" idman kompleksində iki dəfə şou-proqramla çıxış edib. Bütün dünyada albomu böyük tirajla satılır.

Albomları
"Arash" (2005)
"Crossfade (The Remix Album)" (2006)
"Donya" (2008)
"Superman" (2014)
Sinql
"Temptation" (Rebecca Zadig ilə duet)
"Yalla"
"Tike-tike kərdi", "Ey yar begu"
"Bombay Dreams"
"Mən o to"
"Bəskon"
"Music Is My Language"
"Salamati"
"Behnaz"
"Çori çori" (Aneela ilə duet)
"Boro boro" (2004)
"Arəş" (2005)


Tarix: 12.02.2015 / 16:08 Müəllif: Feriska Baxılıb: 152 Bölmə: Ümumi
loading...