Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəməsi döyüşü

Şəməsi döyüşü 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultanəli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş verib.
Döyüşdən əvvəl
Şeyx Heydərin öldürülməsindən sonra onun ailəsi İstəxr qalasında əsir kimi saxlanılırdı. Rüstəm Mirzə Ağqoyunlu hökmdarı olduqdan sonra onları həbsdən azad etdirir və Təbrizə gətirdir. Bundan sonra Şeyx Heydərin oğlu Sultanəli Rüstəm Mirzənin tərəfində vuruşmağa başlayır. 1493-cü ildə Ağqoyunlu taxtı uğrunda baş vermiş Rüstəm Mirzə ilə Baysunqur Mirzə arasındakı Əhər yaxınlığında baş vermiş döyüşdə Sultanəli tərəfdarları ilə birlikdə Rüstəm Mirzə tərəfdə vuruşurdu. Döyüş Rüstəm Mirzənin qələbəsilə başa çatdı və bu qələbədə Sultanəli və tərəfdarlarının da rolu oldu.

Döyüşün baş verməsi
Ərdəbildəki Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm ona və ailəsinə qəsd təşkil etdi. Lakin qəsdin üstü açıldı. Sultanəli ailəsilə birlikdə Ərdəbilə doğru yola çıxdı. Rüstəm Mirzə onların ardınca 5000 süvari yolladı. Döyüşün qaçılmaz olduğunu görən Sultanəli sufi əmirlərinin iclasında "Səfəviyyə" ordeninin başçısı təyin etdi, ailəsini Ərdəbilə yola saldı, özü isə döyüşmək üçün geri döndü. 1494-cü ildə Şəməsi adlanan yerdə baş vermiş döyüşdə qızılbaşlar məğlub oldu. Döyüşün gedişində Sultanəli üstünlük qazansa da, qızılbaşların arxayınlaşması, Əbih Sultanın ordunu yenidən bir yerə yığması nəticəsində o, bu döyüşdə həlak oldu.

Döyüşdən sonra
Şəməsi döyüşündən sonra Rüstəm Mirzə və sərkərdə Əbih Sultanın səyi nəticəsində 1494-95-ci illərdə Ərdəbildə bir çox Səfəvi müridləri, o cümlədən, Şeyx Heydərin bütün ailə üzvləri öldürüldü. Müridlər yalnız sonralar şah olaraq ailəsinin intiqamını alacaq İsmayılı xilas edə bildilər. İsmayıl Gilana gətirildi, o, burada 1499-cu ilə qədər Gilanın Biyəpiş vilayətinin hakimi Mirzə Əlinin yanında qaldı.


Tarix: 12.02.2015 / 18:25 Müəllif: Feriska Baxılıb: 165 Bölmə: Ümumi
loading...