Antioks Süni və ya Andovk Süni (erm. Անդովկ Սյունի, Անտիոք Սյունի) – Sünik sülaləsindən olan antik dövr Ermənistan dövlət xadimi.
Bioqrafiya
Antioks Süni Sünikin qədim və yerli sülalələrindən olan irsi hakim sülaləsi Sünik sülaləsinin nümayəndəsi olmuşdur. Atası Sünik sülaləsinin patriarxı olan Antioks Mamikonyanlar sülaləsindən qızla evlənmiş, öz qızı Pərəncəmi isə Böyük Ermənistan hökmdarı II Arşaka ərə vermişdi. 338 – ci ildən Artavazd Mamikonyanın taxta gəlməsinə kimi Antioks Süni Arşavir Kamsarakanla birlikdə Böyük Ermənistanın sparapeti olmuşdur.
Erməni çarı Tiranın əsirlikdən qayıtmasından (350) sonra Antioks Arşavir Kamsarakanla birlikdə ölkənin müdafiəsinə rəhbərlik etmiş, işğalçı fars qüvvələrinə qarşı mübarizə aparmışdı. İmperaot və Antioks Süninin rəhbərlik etdiyi Roma ordusu Bosx döyüşündə II Şapuru məğlub etmiş və Ermənistanın müstəqilliyinin, II Arşakın hakimiyyətinin tanınmasına nail olmuşdu. Tezliklə II Arşak Antioksun qızı ilə evlənmiş, Antioks özü isə Sünik sülaləsinin patriarxı təyin edilmişdi. Moisey Xorenlinin verdiyi məlumata görə Tiqranakert şəhərinin idarəçisi olan Antioks farsların şəhərə dəfələrlə hücum etmələrinə baxmayaraq, hər dəfə şəhəri uğurla müdafiə edə bilmişdir.
Tarix: 09.02.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Ümumi