Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həftəvantəpə

Həftəvantəpə – Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Şapur şəhərindən cənubda yerləşir. Həfətvantəpədə arxeoloji qazıntılar C.Barney tərəfindən aparılmışdır. Tədqiqatlar nəticəsində e.ə. III minillikdən başalamış orta əsrlər dövrünə kimi tarixi kəsimi əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir.

Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmazsa Həsənli üçün qəbul edilmiş dövrlərlə uyğun gəlir.

Həfətvantəpə V dövrü intensiv tikinti fəaliyyətini üzə çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri əvəz etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xəttlər və ya üçbucaqlılarla bəzədilmişdir.

Əsas tikililər təpənin başında (C.Barney onları Urartu dövrünə aid edir) eləcə də onun altında IV dövr təbəqəsindədir. E.ə. IX-VIII əsrlərə aid edilən bir neçə qəbir sonuncu dövrə məxsusdur. Uzun tunc zəncirlər, muncuqlar və "çaydan" tipli qablar Həsənli IV dövrü ilə sıx əlaqələri ortaya çıxarır.


Tarix: 27.01.2015 / 18:36 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Ümumi
loading...