Zaqatala zəlzələsi — 7 may 2012-ci il tarixində Azərbaycanın şimal-şərqində Zaqatala rayonunda 6.5 bal gücündə zəlzələ. Nəticədə ölən olmasa da, 30 nəfər yaralandı. Bəzi evlər dağıldı.
7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7,0 bal gücündə zəlzələ olmuşdur.
Zəlzələ ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə bölgəsinə göndərilmiş, 8 may 2012-ci il tarixində səhər saatlarında isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasına gəlmiş və yerli icra nümayəndələri ilə birgə zəlzələ bölgəsinə baxış keçirmişdir. Həmçinin Zaqatala, Balakən və Qax rayonlarında Fövqəladə Hallar Nazirliyinin operativ qərargahları yaradılmışdır.
Tarix: 12.02.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Ümumi