Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əxi Məhəmməd Xəlvəti

Əxi Məhəmməd Xəlvəti – sufi alimi, Xəlvəti adını alan ilk şeyxdir.

Xəlvətilik təriqəti Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və kürəkəni Pir Ömərin adından alınmışdır. Əxi Məhəmmədin ləqəbi Kəriməddin, künyəsi Əbülfüyuzatdır. Xarəzmdə doğulmuş Məhəmməd Xəlvəti alim bir şəxs olub. Gördüyü bir yuxudan sonra Azərbaycana gəlmiş, Şeyx İbrahim Gilanicnin yanında uzun müddət qalaraq mənəvi tərbiyəsini almışdır. Şeyxi tərəfindən Xarəzmə göndərilmiş və burada uzun müddət irşad etmişdir. O, daha sonra köçərək Azərbaycana gəlmiş,ömrünü sonuna qədər Heridə qalmışdır. Ləmazatda 1378-ci ildə vəfat etdiyi bildirilsə də tədqiqatçıların əksəriyyəti bu tarixi yalnış tarix kimi dəyərləndirir.

Fəaliyyəti dövründə çoxlu sufi yetişdirmişdir. Xəlifələrindən ən önəmliləri Məhəmməd əl-Qarsi, Osman Şirvani, Qütbəddin Təbrizi və onun yerinə keçən xəlvətiliyin piri Ömər Xəlvətidir.


Tarix: 11.02.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Ümumi
loading...