Azərbaycan Premyer Liqası 2012/2013 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 21-ci Azərbaycan çempionatıdır. Çempionat artıq 4-cü dəfə altılıq sisteminə uyğun olaraq keçirilir.Qaydalar
2012/13 mövsümü yenidən altılıq sisteminə uyğun olaraq keçirilir. Çempionatın birinci mərhələsində 12 komanda öz aralarında 2 dəfə (ev+səfər qarşılaşması) oynayır. 22 tur oynadıldıqdan sonra komandalar yığdıyı xallara əsasən birinci (çempionluq uğrunda oynayan komandalar qrupu) və ikinci (çempionatda yerini qorumaq uğrunda mübarizə aparan) qruplara ayrılır. Bundan sonra hər qrupda 6 komanda öz aralarında 10 tur mübarizə aparır. Mövsümün sonunda birinci qrupda ən çox xal toplayan komanda çempionatın qalibi olur və Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edir. Çempionatda sonuncu iki yeri tutan komandalar isə premyer liqanı tərk edir.
Tarix: 12.02.2015 / 17:32 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Ümumi