Stepan Razin (rus. Степан Разин) — Don kazak qoşununun başçısı, üsyan rəhbəri.
Həyatı
1671-ci ildə edam olunmuşdur. O zaman məşhur jurnalist Tomas Herbon Rusiya ilə Azərbaycan Səfəvi dövlətini bir-birinə vuran dəlisov kazak Stepan Razinin Kremlin qənşərində edamını təsvir edir. "Quldurun əli dəyirmi lövhəyə mismarlanmış,ayaqları zəncirlə dar ağacına bərkidilmişdi. Ancaq bu adamın vüqarı hamını dəhşətə salmışdı. Görkəmindən bilinirdi ki, ölümdən qorxmur. Əvvəlcə əllərini sonra ayaqlarını kəsib bir torbaya yığdılar, bədəni isə axşam itlərə atıldı". Atası varlı kazak olan Tmafey hərbi səfərlərdən birindən əsir türk qızı gətirir və ondan 3 oğlu olur. 1630–cu ildə doğulan Stepanın çox qabiliyyətli oğlan olduğu deyilirdi. 8 dili mükəmməl bilirdi. Mütləqiyyətə qarşı mübarizə aparmişdı.
Fəaliyyəti
1667-ci ildə Bakı şəhərinə hücum edərək talançılıq etmiş və çoxlu qənimət ilə geri qayıtmışdır. Sovet Azərbaycanında çarizmə qarşı çıxışlarda yer atmış insanların şəxsiyyətləri şişirdildiyi üçün, Razinin bu xüsusiyyətləri gizlədilmiş onu daha çox çarizm düşməni bir qəhrəman kimi təsvir etmişlər, bu səbəbdən də Bakının qəsəbələrindən biri onun şərəfinə Stepan Razin (indiki Bakıxanov qəsəbəsi) adlandırılmışdır.
Tarix: 11.02.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 205 Bölmə: Ümumi